QHT və MEDİA
A- A A+

"Star" layihəsinin siyasi və təhlükəsizlik baxımından da böyük əhəmiyyəti var"

2018-10-22 09:55:11

Azərbaycanın 6,3 milyard dollarlıq yatırımı ilə Türkiyənin İzmir şəhərində açılışı baş tutmuş “Star” neft emalı zavodu iki qardaş ölkə - Azərbaycan və Tükiyənin strateji əməkdaşlığını daha da möhkəmləndirən, hər iki ölkənin iqtisadiyyatına ciddi töhfələr verən möhtəşəm layihədir

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qeyd edib ki, yeni layihə Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq:

“İki qardaş ölkənin indiyə qədər enerji, nəqliyyat və digər sahələrdə həyata keçirdiyi böyük layihələr regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət etməklə yanaşı, dünyanın enerji və nəqliyyat xəritəsini yenidən şəkilləndirib, hər iki ölkəni etibarlı təchizatçı və tranzit ölkə durumuna gətirib. Bu baxımdan “Star” layihəsinin təkcə iqtisadi əhəmiyyəti deyil, eyni zamanda, çox böyük siyasi və təhlükəsizlik baxımından əhəmiyyəti var”.

Millət vəkili vurğulayıb ki, indiyə qədər iki qardaş ölkənin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və digər bu kimi iri layihələr hər iki ölkənin həm iqtisadi gücünün, həm beynəlxalq aləmdə olan nüfuzunun artmasına, həm də təhlükəsizliklə bağlı gündəmdə olan məsələlərin həllinə öz töhfəsini verir. A.Quliyev əlavə edib ki, bu cür nəhəng layihələrin həyata keçirilməsi Azərbaycan ilə Türkiyə arasında dosluq və qardaşlıq münasibətlərinin və hər iki dövlətin liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub:

"Cənab Prezident İlham Əlıyevın söylədiyi kimi, bu gün Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri dünyaya bir nümunədir. Bu gün Azərbaycanla Türkiyənin o qədər ortaq maraqları var ki, hər iki ölkə bir-birinə sıx şəkildə bağlıdır. Həm iqtisadi, həm siyasi, həm mənəvi, həm də mədəni baxımdan Türkiyə ilə Azərbaycan daim bir-birinin yadındadır və əminəm ki, dostluq və qardaşlığımız əbədi davam edəcək”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 294

QHT və MEDİA

2019-06-20 07:30:53

QHT və MEDİA
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...