MƏDƏNİ
A- A A+

İsveçdə Azərbaycan milli musiqiləri və muğamları təqdim olunub

2018-10-22 07:55:07

İsveçin Uppsala şəhərində “Maraqlı Klassiklər” (“Curious Classics”) adlı musiqi festivalı keçirilib. Festival çərçivəsində Azərbaycan milli musiqiləri və muğam əsərləri təqdim olunub

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Uppsala şəhərinin Konsert və Konqres Zalının təşkilatçılığı ilə keçirilən festivalın məqsədi yerli auditoriyanı xarici ölkələrin klassik və milli musiqiləri ilə yaxından tanış etməkdir.

Azərbaycan Respublikasının Əməkdar artisti Fərqanə Qasımova da festival çərçivəsində konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, səfirliyin əməkdaşları, bu ölkədə yaşayan Azərbaycan və Türk diasporlarının, habelə İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan milli musiqisi və muğam əsərləri tamaşaçıların böyük marağına səbəb olub.

Tədbirdən sonra Fərqanə Qasımova ilə görüşən səfir Adış Məmmədov uğurlu konsert münasibətilə xanəndəni təbrik edib, ona daha böyük yaradıcılıq uğurları arzulayıb. Ölkəmizdə musiqi mədəniyyətinin zənginliyindən söz açan səfir Azərbaycan xalq musiqisinin və muğamının xarici ölkələrdə də böyük maraq doğurduğunu vurğulayıb. Diplomat Azərbaycan muğamının dünyada tanıdılması işinə verdiyi töhfələrə görə Fərqanə Qasımovaya minnətdarlığını bildirib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 493

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...