SİYASƏT
A- A A+

“LaDiplomatie” portalı: Ermənistanın etnik təmizləmə siyasətinin rəsmi şəkildə tanınması bu ölkəyə ağır zərbə olacaq

2015-08-05 09:10:23

Fransanın “LaDiplomatie” portalında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə qərarı ilə bağlı məqalə yayılıb

Məqalənin müəllifi Loran Banin Məhkəmənin qərarını şərh edərək yazır ki, AİHM beynəlxalq hüququn müvafiq normalarını əldə rəhbər tutaraq şəxsi əmlak əlçatmaz olduğu halda dövlətin əlavə tədbirlər görmək vəzifəsinin olduğunu xatırladır. Bu qərarla Məhkəmə məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması və onların öz əmlakına yiyələnməsi hüququnu tanıyır. Münaqişə başlayandan bəri ilk dəfə olaraq Məhkəmə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini və Dağlıq Qarabağın bu gün erməni silahlı qüvvələrinin nəzarəti altında olduğunu qeyd edir. AİHM öz qərarını beynəlxalq hüququn müəyyən edilmiş qaydaları ilə əsaslandırır və Ermənistanın Dağlıq Qarabağa nəzarətini işğal faktı kimi dəyərləndirir.

Qərarın icrası məcburi köçkünlərin öz evlərinə qayıtmasını və Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Münaqişənin sülh yolu ilə həll olunması üçün aparılan danışıqlar prosesində Ermənistanın irəli sürdüyü bir çox şərtlər AİHM-in bu qərarı ilə de-fakto ləğv olunur. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aparılan danışıqlarda Məhkəmənin qərarı Azərbaycanın xeyrinə atılan həlledici addımdır.

Məqalədə qeyd edilir ki, Strasburqun yüksək instansiyalı məhkəməsi işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını bildirir. Yəni, Ermənistan Dağlıq Qarabağ və onun ətrafında yerləşən, ermənilərin heç vaxt yaşamadıqları 7 inzibati rayonda pozulan insan hüquqlarını bərpa etməlidir.

 

Məqalədə vurğulanır ki, Dağlıq Qarabağ ərazisində etnik təmizləmə siyasətinin rəsmi şəkildə tanınması bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilən təcavüzkar Ermənistana ağır zərbə olacaq. AİHM-in bu qərarı Dağlıq Qarabağ münaqişəsinin həlli və mövcud status-kvonun ləğv edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1391

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...