CƏMİYYƏT
A- A A+

ABŞ-ın “The Daily Caller” qəzeti Ermənistanın işğalçılıq siyasətiən yazıb

2018-10-20 07:40:59

.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun gələn həftə Cənubi Qafqaza edəcəyi səfər fonunda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistan-Azərbaycan münaqişəsi barədə yazdığı məqalə ABŞ-da geniş oxucu kütləsinə malik, xüsusilə siyasi dairələrdə daim izlənilən “The Daily Caller” qəzetində dərc olunub.

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, “Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?” başlıqlı məqalədə C.Boltonun gələn həftə Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə ediləcək əsas məsələlərdən biri olduğunu yazan baş konsul sözügedən münaqişənin regionda sülhə və sabitliyə əsas təhlükə olmaqda davam etdiyini vurğulayır.

N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləməyə dair konkret faktları diqqətə çatdırır və bu münaqişənin postsovet məkanında ən təhlükəli münaqişə olduğunu bildirir. Müqayisə üçün N.Ağayev qeyd edir ki, işğal olunmuş ərazilərimizin sahəsi Los-Anceles şəhərinin ərazisindən 13 dəfə böyükdür və ya ABŞ-ın Konnektikut ştatının ərazisinə bərabərdir.

Baş konsul bildirir ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, həmçinin digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı hələ də davam edir. O, münaqişənin həllində ən əsas maneənin Ermənistanın işğal olunmuş ərazilərimizdən öz qoşunlarını çıxarmaqdan imtina etməsi və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarına imkan verməməsi olduğunu vurğulayır. N.Ağayev qeyd edir ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils də bu yaxınlarda Ermənistan mətbuatına verdiyi müsahibəsində münaqişənin həlli üçün, ilk növbədə, Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmalı olduğunu bildirib.

Baş konsul daha sonra Ermənistanın demoqrafik böhran yaşadığını, on minlərlə erməni gəncinin ölkəni tərk edərək xarici ölkələrə mühacirət etdiyini, bu xüsusda 1991-ci ildən bəri təxminən 1,5 milyon insanın Ermənistanı tərk etdiyini vurğulayır. Ermənistanda yoxsulluq həddinin 30 faizə yaxınlaşdığını və bu göstəricinin Cənubi Qafqaz ölkələri arasında ən yüksək rəqəm olduğunu qeyd edən N.Ağayev BMT-nin statistikasına əsasən 2050-ci ilədək Ermənistanı daha 1 milyon insanın tərk edəcəyini bildirir.

N.Ağayev Ermənistandan fərqli olaraq, Azərbaycanın regionda ən güclü iqtisadiyyata sahib olduğunu, çoxlu sayda nəhəng enerji və qitələri birləşdirən nəqliyyat layihələrini gerçəkləşdirdiyini və qlobal enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyini yazır. Bundan başqa, o, ABŞ-ın regionda əsas strateji tərəfdaşı olan Azərbaycanın Birləşmiş Ştatların beynəlxalq terrorizmlə mübarizə və enerji mənbələrinin şaxələndirilməsi səylərinə güclü dəstək verdiyini qeyd edir. N.Ağayev, həmçinin ölkəmizdə müsəlmanlar, xristianlar və yəhudilərin birgə sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını diqqətə çatdırır. Diplomat davamlı sülhün əldə edilməsi üçün Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən əl çəkməli və konstruktiv şəkildə danışıqlarda iştirak etməli olduğunu bildirir.

Sonda Nəsimi Ağayev ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün və anlaşmanın əldə edilməsi istiqamətində səylərini artıracağına ümidvar olduğunu qeyd edir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 193

QHT və MEDİA

2018-11-13 22:10:16

QHT və MEDİA
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...

“Bilirsiniz ki, 10 ildir ki, Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyy...

2018-11-13 09:20:57

QHT və MEDİA
Allen Alen: Azərbaycanda dinlərarası har...
Allen Alen: Azərbaycanda dinlərarası har...

Qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə m...

CƏMİYYƏT

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

2018-11-07 07:40:52

CƏMİYYƏT
Dövlət himnimizə hörmət etmək hər bir az...
Dövlət himnimizə hörmət etmək hər bir az...

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən bir...

İQTİSADİ

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...

2018-11-05 10:10:57

İQTİSADİ
“Azərbaycan regionda mühüm tranzit rolu ...
“Azərbaycan regionda mühüm tranzit rolu ...

Bunu Baş nazir Novruz Məmmədov Astanada MDB Hökumət Başçıları Şurasının iclas...