SOSİAL
A- A A+

“Bələdiyyələr və vətəndaş münasibəti” adlı toplantı

2018-10-20 06:45:18

.

19 oktyabr 2018-ci il tarixində Bakı şəhəri Pirallahı rayonu Pirallahı bələdiyyəsində “Demokratiya həftəsi” layihəsi çərçivəsində keçirilən silsilə tədbirlərin yekunu olaraq “Bələdiyyələr və vətəndaş münasibəti” başlığı altında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hiikmət Şikarov bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyətinin bizim cəmiyyətimiz, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacib olduğunu qeyd etdi.

Pirallahı bələdiyyəsinin sədri Əliyulla Əliyev öz çıxışında bələdiyyələrin yaranma tarixindən danışaraq qeyd etdi ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilmişdir. Ulu öndər çıxışında belə bir məqama da toxunmuşdur ki, “Biz Azərbaycanda tam müstəqil yerli özünüidaretmə orqanları yaradırıq. Bu, həm də demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Bələdiyyələr dövlətin gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürərək, dövlətin yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Məhz ümummilli liderin tövsiyəsi və xeyir-duası ilə formalaşan və fəaliyyətə başlayan bələdiyyələr artıq 18-ci ildir ki, yerli özünüidarəetmə qurumu kimi özünü təsdiq etməkdədir.

Pirallahı bələdiyyəsinin ümumi şöbəsinin rəisi Aytən Əliyeva Bələdiyyələr və vətəndaş münasibətləri, bələdiyyələrin fəaliyyətində sakinlərin rolu və hüquqlarından bəhs etdi. Bildirdi ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş demokratik inkişaf yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda demokratiya tələb və prinsiplərinin qorunmasında, cəmiyyətin demokratik fəallığının artmasında yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin də xüsusi rolu vardır. Bu özünü son illərdə real olaraq daha qabarıq göstərir. Yerli idarəçilik sisteminin xalqın istəklərinə uyğun şəkildə təşkil olunmasında bələdiyyə və vətəndaş münasibətlərinin mühüm və səmərəli dövrü, fəal “faza”sı olan, demokratik təzahürləri daha əhatəli əks etdirən, ölkəmizdə əhali tərəfindən maraqla gözlənilən və artıq yaxşı ənənə halını almış “Yerli Demokratiya həftə”ləri xüsusi əhəmiyyət kəsb edir. Pirallahı rayon MKTB-nın rəisi Manaf Manafov isə öz çıxışında rayon ərazisində aparılan abadlıq-təmizlik işlərində, sakinlərin mənzil-kommunal problemlərinin həllində bələdiyyələr və rəhbərlik etdiyi Birliyin əlaqəli işindən danışdı.

Rayon Ağsaqqallar şurasının üzvü olan Süleyman Süleymanov öz çıxışında Pirallahı bələdiyyəsinin qəsəbədə gördüyü işləri yüksək qiymətləndirərək öz minnətdarlığını bildirdi. Tədbirin sonunda «Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələr»inin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə bir qrup qəsəbə sakini bələdiyyənin Fəxri Fərmanı ilə təltif olundular.


Kateqoriya : SOSİAL Baxış sayı : 367

QHT və MEDİA

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...