İQTİSADİ
A- A A+

Hikmət Hacıyev: "Star" neft emalı zavodu mühüm regional layihədir"

2018-10-19 23:45:29

"Star" neft emalı zavodu enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə mühüm regional layihədir

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev “TRT World” kanalına müsahibə verib. H.Hacıyev bu gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olacaq “Star” neft emalı zavodu barədə danışıb.

O, bu layihənin əsasının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulduğunu qeyd edib. Layihənin Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etibarının, iki ölkə arasında qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsi olduğunu deyən H.Hacıyev Azərbaycanın Türkiyəyə 20 milyard ABŞ dolları həcmində sərmayə yatıracağını diqqətə çatdırıb.

Azərbaycanın və Türkiyənin enerji əməkdaşlığının Bakı-Tbilisi-Ceyhan layihəsi ilə başladığını qeyd edən H.Hacıyev Azərbaycanda neft-kimya sənayesinin inkişafı və Türkiyədə həyata keçirilən bu layihələrlə ölkəmizin karbohidrogen ixracında yalnız xam məhsul deyil, əlavə dəyər qatılan hazır məhsullarla Aralıq dənizi hövzəsinə çıxdığını vurğulayıb. O, Azərbaycanın Türkiyə və digər tərəfdaşlarla birgə icra etdiyi TANAP, TAP qaz layihəsinin Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinə əsaslı dərəcədə töhfə verəcəyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının rəsmisi Azərbaycanın bu kimi iqtisadi layihələrlə regional əməkdaşlığın yeni nümunələrini yaratdığını, regional sülhə, çiçəklənməyə və sabitliyə töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın etibarlı və xoşniyyətli tərəfdaş olduğunu və bu qəbildən olan əməkdaşlığı dəstəklədiyini qeyd edib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 350

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...