CƏMİYYƏT
A- A A+

Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib

2018-10-19 00:30:28

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində ictimai müzakirə keçirib

Fact-info.az-a daxil olan məlumata görə, toplantıda Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Tədbirdə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, Şuranın yaradılması cənab prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi, QHT-lərin milli maraqlarımızın ictimai müstəvidə qorunmasındakı rolunun artırılmasıyla bağlı siyasi iradəsinin təzahürüdür.

Katibliyin icraçı direktoru deyib ki, Azərbaycanın milli maraqlarının ölkəmizdə və xaricdə müdafiəsi, Azərbaycan haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması işində prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şuranın maliyyə yardımı ilə QHT-lər indiyədək müxtəlif ölkələrdə yüzlərlə layihə həyata keçirib.

Şura üzvü Sahib Məmmədov ölkəmizdə QHT-lərin keçdiyi inkişaf yolundan danışaraq Şuranın yaranmasından sonra onların cəmiyyəti narahat edən ictimai problemlərin həllində və milli maraqlarımızın qorunmasında mühüm aktorlara çevrildiyini deyib.

Ucar rayon icra hakimiyyətinin başçısısının müavini Şəhla Abdulayeva QHT-lərin ictimai problemlərin həllində mühüm rola malik olduğunu bidirib. O, regionlarda ictimai birliklərin fəaliyyətinin xüsusi ilə faydalı olduğunu deyib. Ş. Abdullayeva Şuranın dəstəyilə QHT-lərinin milli maraqlarımızın qorunması işində göstərdiyi fəallığın təqdirəlayiq olduğunu vurğulayıb.

Toplantıda Şuranın dəstəyilə çəkilmiş "Qələbəyə gedən yol - Müsüslü döyüşləri” filmi də nümayiş etdirilib. Tədbir iştirakçılarına Şuranın fəaliyyətinin 10 illiyinə həsr edilən kitab təqdim olunub.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 691

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...