SİYASƏT
A- A A+

XİN: “Deutsche Welle” işğal olunmuş Azərbaycan ərazilərində çəkiliş aparmaqla qanunları pozur"

2015-08-04 10:00:54

“Almaniya Federativ Respublikasının “Deutsche Welle” (DW) ictimai yayım şirkətinin 31 iyul 2015-ci il tarixli “Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı verilişi qərəzli və birtərəflidir, obyektiv jurnalistika prinsiplərindən uzaqdır”

Fact-info.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Deutsche Welle” tərəfindən hazırlanmış reportaja münasibət bildirərkən deyib.

O qeyd edib ki, “DW”in öz çəkiliş qrupunu qanunsuz olaraq işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması deməkdir.

“Verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin “hərbi və mülki nümayəndələri”nin yalan fikirlərinə yer ayrılır. Lakin verilişdə münaqişənin bilavasitə qurbanı olmuş və etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları və əzab-əziyyətləri barədə məqsədyönlü şəkildə heç nə deyilmir. Mahiyyət etibarilə veriliş Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və bunun nəticəsində yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət edərək, münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə və Azərbaycan ictimaiyyətinə qarşı hörmətsizlik mənası daşıyır”.

H. Hacıyev bildirib ki, “DW” əsas məqsəd və məramlarından birinin dünya mədəniyyətləri və xalqları arasında anlaşmaya xidmət etdiyini iddia etsə də, bu veriliş vasitəsilə dini və etnik zəmində nifaqın gərginləşməsinə xidmət edir.

“Münaqişənin əsl mahiyyətini təhrif edərək, qərəzli və obyektivlikdən kənar veriliş təqdim etməklə, “DW” eyni zamanda öz yerli və beynəlxalq tamaşaçı auditoriyasına da hörmətsizlik nümayiş etdirir. Bu cür yanaşma eləcə də ifadə və mətbuat azadlığı prinsiplərinin kobud şəkildə pozulması və ondan sui-istifadə edilməsi kimi qiymətləndirilir. Ciddi narazılıq doğuran məqam ictimai yayım şirkəti olan “DW”-nin, eləcə də Almaniyanın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsidir. Azərbaycan Almaniyadakı səfirliyi məsələ ilə əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcək.

Ümid edirik ki, Azərbaycan-Almaniya əlaqələrinin ruhuna, ATƏT Minsk qrupunun üzvü kimi münaqişə ilə əlaqədar Almaniyanın rəsmi mövqeyinə və media azadlığına zidd olan bu verilişin hazırlanması və efirə verilməsi məsələsi Almaniyanın aidiyyatı qurumları tərəfindən lazımınca araşdırılacaq və adekvat münasibət bildiriləcək”.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1519

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...