QHT və MEDİA
A- A A+

QHT-nin hesabat xarakterli yekun tədbiri

2018-10-18 21:20:32

Oktyabr ayının 18-də Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsi çərçivəsində son hesabat tədbirini keçirib. Tədbirdə dövlət dövlət qurumu əməkdaşları, ziyalılar, QHT təmsilçiləri, media nümayəndələri, kollec tələbələri, yeniyetmə və gənclər iştirak edib

Fact-info.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri, eyni zamanda layihə rəhbəri olan Mehriban Abdullayeva açaraq qonaqları salamlayıb. Layihə haqqında məlumat verərək bildirib ki, rəhbəri olduğu ictimai birliyin həyata keçirdiyi bu layihə işğal altında olan tarixi abidələrimizin tanıdılması, onlar haqqında gənc nəslə detallı informasiyanın verilməsindən, eləcə də ictimaiyyətə bir daha erməni vandalizminə məruz qalmış abidələrimizin tanıdılmasından ibarətdir.

Layihəni keçirməkdə əsas məqsəd tarixi yaddaşımızın və dağıdılmış tarixi-mədəniyyət abidələrimizin izlərinin silinməsinin, ya da onların erməni abidələri adı altında saxtalaşdırılmasının qarşısını almaq, həmçinin KİV vasitəsi ilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində tarixi-mədəni abidələrimizə vurulmuş ziyan barəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də onların vasitəsi ilə beynəlxalq ictimaiyyətə əsil həqiqətləri çatdırmaqdan ibarət olduğunu vurğulayıb. Daha sonra təşkilatın sədri fəaliyyət planına uyğun olaraq layihə dövrü ərzində baş tutmuş tədbirlər haqqında hesabat xarakterli məlumat vermiş, görülmüş işlər barədə söhbət açmışdır.

Tədbirdə iştirak edən qonaqlar layihə haqqında fikirlərini bildirmişlər. Layihənin ümumi məqsədinə uyğun olaraq yeniyetmə və gənclərlə işğal altında olan torpaqlarımızda yerləşən abidələr haqqında müzakirələr aparılmışdır.

Qeyd edək ki Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi“İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay müddətdə Quba, Xaçmaz, Şirvan regionları və Bakı şəhərində həyata keçirilib.

Toğrul

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 664

QHT və MEDİA

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

2019-12-04 09:55:35

QHT və MEDİA
"Parlament seçkilərinin keçirilməsi təkl...
"Parlament seçkilərinin keçirilməsi təkl...

Yeni AZƏRBAYCAN partiyası (YAP) parlamentdə təmsil olunan üzvlərinə parlament...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...