SOSİAL
A- A A+

“Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti toplantı

2018-10-17 19:50:23

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminarını keçirib

Tədbiri Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov aparıb. A.Qafarov tələbələrin dünyagörüşünün zənginləşməsi, elmi axtarışlara sövq edilməsi üçün Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi seminarların əhəmiyyətini xüsusi vurğulayıb. A.Qafarov mövzunun əhəmiyyətinə toxunaraq, 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edildiyini xatırladıb. Bildirib ki, ölkəmizdə formalaşmış nümunəvi multikultural mühitə və bu kimi dəyərlərə verilən qiymət, fəlsəfi yanaşmalar gənc nəsil üçün faydalıdır.

Sonra Xəzər Universitetinin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə çoxmədəniyyətlilik, tolerantlıq və fəlsəfənin bir-biri ilə çoxşaxəli nəzəri və təcrübi əlaqələrə malik olduğu, multikulturalizmin əsasının məhz fəlsəfi yanaşmalar üzərində qurulduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu istiqamətdə irəli sürülən müxtəlif fəlsəfi fikirlər multikulturalizmdən və mədəniyyətlərin bir-birinə təsirindən yaranan yanaşmalardır.

Fəlsəfənin tolerantlığa bağlılığının qədim zamanlardan formalaşdığını qeyd edən M.Yaqub Azərbaycan xalqının güclü fəlsəfi təfəkkürə malik olduğunu bildirib. Məruzəçi Azərbaycanın dahi mütəfəkkirlərinin əsərlərindən misal gətirərək, ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinə humanist yanaşmanın buna bariz nümunə olduğunu qeyd edib. Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 330

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...