QHT və MEDİA
A- A A+

YAP Pirallahı rayon təşkilatında növbəti toplantı

2018-10-17 19:25:17

.

17 oktyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatında iclas keçirildi. İclasın gündəliyində duran əsas məsələ Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatında yeni sədrin seçilməsi idi. İclası giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, 1992-cil noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin,vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.

YAP zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın, xalqımızın həyatında tarixi bir dönüş, intibah dövrü kimi yadda qalmışdır. Məhz bu inkişafın nəticəsidir ki, Bakı şəhərinin yeni yaranmış Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının yaranması zərurəti meydana çıxdı. 17 iyul 2013-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı yarandığı gündən rayonumuzun inkişafında və ictimai həyatında mühüm rol oynamışdır. Bu gün YAP Pirallahı rayon təşkilatının 5 mindən artıq üzvü var ki, bu da cəmi 20 min əhalisi olan rayonumuzda respublika üzrə ən yüksək faiz göstəricisidir.

2018-ci ildə YAP Pirallahı rayon təşkilatı bir çox uğurlara imza atmışdır. YAP Pirallahı rayon təşkilatının fəaliyyətində xüsusilə fərqlənən ərazi ilk partiya təşkilatları vardır. Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatı bu baxımdam ən nümunəvi ərazi ilk partiya təşkilatıdır. Rayonumuzda aparılan abadlıq-quruculuq işləri ilə yanaşı keçirilən hər bir tədbirdə aktivliyi ilə seçilən Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatı həm də partiyaya yeni üzvlərin cəlb olunmasında ən fəal ərazi ilk partiya təşkilatlarından biridir. Son 2 ayda partiya sıralarına 87 nəfər yeni üzvün qəbulu Pirallahı rayon MKTB-da partiya ilə bağlı düzgün təbliğatın bariz nümunəsidir. Sözsüz ki, sadalanan göstəricilər və əməli fəaliyyət Pirallahı rayon MKTB-nın rəisi Manaf Manafovun partiyamıza olan sədaqətindən irəli gəlir.

Çıxışlardan sonra YAP Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri - Pirallahı rayon MKTB-nın rəis müavini Cəlil Mirzəyev və hüquqşünas, kadrlar üzrə mütəxəssis Aysel Qəribli Manaf Manafovun Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatı sədrliyinə namizədliyini irəli sürdülər. YAP Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri və partiya fəallarının yekdil qərarı ilə Manaf Manafov Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatının sədri seçildi. İclasın sonunda partiya sıralarına yeni qəbul edilmiş şəxslərə partiyaya üzvlük vəsiqələri təqdim olundu.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 438

QHT və MEDİA

2019-06-17 09:45:02

QHT və MEDİA
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bir q...

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

CƏMİYYƏT

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...