SOSİAL
A- A A+

Şəhid ailələrinə medallar təqdim olunub

2015-08-04 09:50:09

Tədbir

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 24 iyun tarixli Sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuş Silahlı Qüvvələrin hərbi qulluqçuları, gizir Əliyev Pərvin Səlahəddin oğlu və kiçik gizir Hüseynov Rahil Əfsər oğlunun, eləcə də Azərbaycan Prezidentinin adından müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuş gizir Əlizadə Şahmurad Hilal oğlunun medalları təntənəli şəkildə ailələrinə təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən mərasim Azərbaycanın dövlət himninin ifası ilə başlanıb.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev biləsuvarlıların bütün dövrlərdə Vətənə, dövlətə sədaqət nümunələri göstərdiklərini, hərb tarixinə parlaq səhifələr yazdıqlarını vurğulayaraq qeyd edib ki, təkcə Qarabağ müharibəsində bu rayondan döyüşlərə yollanmış 122 gənc şəhidlik zirvəsinə ucalıb. Həmin gənclərdən bəziləri itkin düşüb və yaxud sağlamlığını itirib. Vaxtilə Biləsuvar qabaqcıl kənd təsərrüfatı rayonu kimi tanınırdısa, bu gün Mübariz İbrahimov kimi Milli qəhrəmanlarla tanınır. Hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində, cəbhə bölgələrindəki hərbi hissələrdə biləsuvarlı hərbi qulluqçular Vətən qarşısında əsgəri borclarını şərəf və vicdanla yerinə yetirirlər.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Prezidentinin Sərəncamını və müdafiə nazirinin əmrini mərasim iştirakçılarının nəzərinə çatdırıb.

Sonra medallar şəhidlərin ailələrinə təqdim edilib.

Döyüşçülər adından çıxış edən baş leytenant Rzayev şəhid ailələrini əmin edib ki, övladlarının qisası artıqlaması ilə alınıb və bundan sonra da alınacaq. Gənc zabit bildirib ki, xalqına, dövlətinə, Ali Baş Komandanına arxalanan Azərbaycan əsgəri işğal altında olan torpaqları azad etmək uğrunda müqəddəs savaşa hər an hazır və qadirdir.

Əsgər valideynləri göstərilən diqqət və qayğıya, övladlarının xatirələrini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1053

QHT və MEDİA

2019-06-27 07:40:15

QHT və MEDİA
Səfir Polad Bülbüloğlu: “Müharibə hələ b...
Səfir Polad Bülbüloğlu: “Müharibə hələ b...

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın Rus...

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...