TƏDQİQATLAR
A- A A+

“The Washington Times” Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

2018-10-17 10:40:52

Birləşmiş Ştatların nüfuzlu “The Washington Times” qəzeti “Caspian Group Holdings”in direktoru Rob Sobhaninin “Con Bolton Azərbaycana yola düşür” sərlövhəli məqaləsini dərc edib

Müəllif yazır ki, ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib. Cənab Bolton geopolitik cəhətdən bu mühüm ölkəyə səfərindən Vaşinqtonun Azərbaycana dəyişməz və güclü dəstəyini təsdiq etmək üçün istifadə etməlidir. Sobhani qeyd edir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabit, müstəqil, çiçəklənən, dini cəhətdən tolerant və müasir dövlətə çevrilib. Müəllif daha sonra vurğulayır ki, 11 sentyabr 2001-ci il terror aktlarından dərhal sonra Prezident Heydər Əliyev qlobal terrorizm təhlükəsinə qarşı mübarizədə ABŞ-ı tam və qeyd-şərtsiz dəstəklədiyini bəyan edib. Azərbaycan hərbçiləri İraqda və Əfqanıstanda amerikan əsgərləri ilə çiyin-çiyinə xidmət etməkdə davam edirlər. Heç şübhəsiz ki, cənab Bolton daimi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirəcək. Həmçinin qeyd olunub ki, Con Bolton Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə Azərbaycanın verdiyi töhfəni alqışlamalıdır.

Sobhani yazır ki, Merilend xeyriyyəçi ərzaq fondu mərhum Prezident Heydər Əliyevin şərəfinə Azərbaycan səfirindən hər il ianə alır. Faktiki olaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva (bir çoxları onu şəfqətli birinci xanım adlandırır) amerikasayağı comərdliyi paylaşırlar. Məqalənin sonunda deyilir ki, Mehriban Əliyevanın Birləşmiş Ştatlardakı “Save A Child’s Heart”, “The Urban Alliance” və “Longview School for the Disabled” (əlillər üçün Lonqvyu məktəbi) kimi təşkilatlara xeyriyyə yardımını da qeyd etmək vacibdir.(Azərtac)


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 812

QHT və MEDİA

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

2020-07-13 17:20:39

QHT və MEDİA
Qarabağ həqiqətlərinin dünyada təbliği m...
Qarabağ həqiqətlərinin dünyada təbliği m...

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölg...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...