QHT və MEDİA
A- A A+

Agentliyin nizamnamə və strukturu təsdiq edilib

2018-10-16 12:00:51

Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında qərar verib

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin nizamnaməsi və strukturu təsdiq edilib.

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Nazirlər Kabinetinə: Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi; nizamnamə fondunun miqdarının müəyyən edilməsi; Mərkəzin yenidən təşkili və ləğv edilməsi.

Əqli Mülkiyyət Agentliyinə: inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi; icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; işçilərin say həddinin müəyyən edilməsi; təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi; xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

Agentlik Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini və üzvlərini, Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etməli və Mərkəzin işçilərinin sayını və ştat cədvəlini təsdiq etməlidir.

Mərkəzin ilkin nizamnamə fondu 300.000 manat təşkil edir.

Mərkəz dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməlidir.

Agentlik Mərkəzin dövlət qeydiyyatına alındığı gündən bir gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 222

QHT və MEDİA

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...