MÜSAHİBƏ
A- A A+

Vüqar Seyidov: “Müstqəilliyimiz bizim ən böyük sərvətimizdir və bu sərvətə sahib çıxaraq onu gələcək nəsillərə çatdırmaq isə ən böyük missiyamızdır”

2018-10-16 08:50:11

Zamanımızın dinamik dəyişkənliyi, yeni qlobal trendlərin ölkəmizə sürətlə gəlişi, müasir siyasi və ideoloji çağırışların siyasi mühitimizə sirayət etməsi partiyamızın və üzvlərimizin qarşısında yeni vəzifələr müəyyənləşdirir

Fact-info.az saytının suallarını YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cavavablandırıb:

-Vüqar müəllim, YAP Suraxanı rayon təşkilatının yaranması, tarixi və bu günü haqqında qısa məlumat verməyinizi xahiş edirik?

-25 ildən çoxdur ki, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatı təsis edilib. Yeni Azərbaycan Partiyasının yaranmasından cəmi bir neçə ay sonra yaranan rayon təşkilatı Yeni Azərbaycan Partiyasının keçdiyi bütün çətin və ziddiyyətli yolda onunla birgə addımlamış, rayonumuzda və ölkəmizdə qazanılan uğurlara önəmli töhfələr vermişdir. Ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün proseslərdə YAP rayon fəallarımız ümidləri doğrultmuş, vətənimizin tərəqqisi, problemlərimizin həlli istiqamətində həyata keçirilən siyasətin uğur qazanması üçün var qüvvələrini səfərbər etmişlər. Müstəqillik illərində ölkəmizdə keçirilən Prezident, Parlament seçkilərində, o cümlədən bələdiyyə və referendum seçkilərində YAP fəalları rayonun əhalisi ilə birgə mütəşəkkil surətdə iştirak etmiş, partiyamızın və dövlətimizin mövqeyini ləyaqətlə dəstəkləmişlər. 110 ərazi ilk partiya təşkilatında birləşən və 8456 nəfəri təmsil edən YAP Suraxanı rayon təşkilatı son 25 il ərzində ölkəmizdə iqtisadiyyatın dirçəldilməsi, iqtisadi islahatların həyata keçirilməsi, idarərtmənin təkmilləşdirilməsi ilə bağlı yeridilən dövlət siyasətinin uğur qazanması üçün partiya imkanlarından daim səmərəli istifadə etməyə çalışmışdır.

-Ümumiyyətlə, YAP Suraxanı rayon təşkilatı bu dövr ərzində qarşıya qoyulan missiyanı yerinə yetirə bildimi?

-Ümummilli Liderimizin "Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir" sözləri partiyamızın bütün üzvləri kimi, Suraxanı rayon təşkilatı ətrafında birləşən siyasi həmfikirlər üçün də dönməz əqidə və fəaliyyət devizidir. Partiyamızın hər bir üzvünün əsas missiyası ölkəmizin müstəqilliyinin qorunması və onun inkişafına tövfələr verməkdir. Hazırda Azərbaycan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın sürətlə inkişaf edən qüdrətli, sabit ölkələrindən birinə çevrilib, müxtəlif sahələrdə böyük nailiyyətlər qazanıb. Bu gün müstəqilliyimizi qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirmək hər bir partiya üzvünün vətəndaşlıq borcudur. YAP bu gün cəmiyyətdə çox böyük nüfuza malikdir. Partiyanın proqramında irəli sürülmüş əsas vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi Azərbaycan xalqının mənafelərinə bütünlüklə cavab verir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq, mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasına çevrilmişdir. YAP-ın 25 ildə ölkənin siyasi sistemində aparıcı təşkilata çevrildiyi təkzibolunmaz həqiqətdir. İqtidar partiyasına İlham Əliyev kimi güclü siyasi liderin rəhbərlik etməsi partiyanın nəinki ölkə daxilində, eləcə də respublikadan kənarda güclü və nüfuzlu siyasi qüvvə kimi qəbul olunmasını təmin etmişdir. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatıda yarandığı gündən indiyə qədər bütün amalı dövlətçiliyimizin qorunması və bu istiqamətdə fəaliyyətdən ibarət olmuşdur. Müstqəilliyimiz bizim ən böyük sərvətimizdir və bu sərvətə sahib çıxaraq onu gələcək nəsillərə çatdırmaq isə ən böyük missiyamızdır. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı öz növbəsində həm də sosial yönümlü tədbirlərdə fəal iştirak edir. Fəaliyyətimizin 25 ili ərzində partiya fəallarımız Milli Ordumuzda xidmət edən əsgərlərlə, Şəhid ailələri ilə, Qarabağ müharibəsi əlilləri və veteranları, Böyük Vətən müharibəsi veteranları, rayonumuzda yerləşən 2 saylı Uşaq Evində tərbiyə alan uşaqlarla çoxlu sayda tədbirlər keçirmiş, aztəminatlı və yataq xəstələri olan YAP üzvlərinə maddi-mənəvi dəstək göstərmişdir. Fəaliyyət dövrü ərzində təşkilatımızın hər bir üzvü Ulu Öndərin bizə göstərdiyi yoldan dönmədən, onun siyasi kursuna sadiq qalaraq möhtərəm Cənab Prezident, Yeni Azərbaycan partiyasının sədri İlham Əliyevin tövsiyə və tapşırıqlarına sözsüz əməl edərək ölkəmizin çiçəklənməsi, tərəqqisi naminə çalışmışdır.

-Gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək üçün hansı işlər görülür və həyata keçirilməsi nəzərdə tutulan digər tədbirlər haqqında nə deyə bilərsiniz?

-Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Ümummilli lider, Müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə tövsiyə edirdi. "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunsun". Artıq illərdir ki, mənfur Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb edilmişik və bunun nəticəsində torpaqlarımızın bir hissəsi işğala məruz qalıb. Belə bir şəraitdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. Gənclərin buna yiyələnmələri, bütövlükdə, dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olmaları üçün şərait yaradır. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının illik tədbirlər planına əsasən müntəzəm olaraq bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə gənc nəsildə milli mənəvi və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər təşkil edir, Milli Qəhrəmanlarımız gənclər arasında geniş təbliğ olunur. Ümumtəhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinə aid torpağa, Vətənə məhəbbət hisslərini aşılayan tədbirlər reallaşdırılır. Müharibə iştirakçıları ilə məktəblilərin, gənclərin görüşləri keçirilir. Qürur hissi ilə deyirik ki, bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb. Bu isə, öz növbəsində, gəncliyə yaradılan hərtərəfli şərait, göstərilən dövlət qayğısı sayəsində mümkün olub. Gənclər Vətən qarşısında öz vətəndaşlıq vəzifələrini layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlət quruculuğunda fəal iştirak edirlər. Bu isə onu təsdiqləyir ki, bütün sahələrdə uğurlar qazanan Azərbaycan gəncliyi düşmən tapdağı altında olan torpaqlarımızı da hər an azad etməyə hazırdır. Buna görə də xalqımız əmindir ki, yaxın vaxtlarda işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaqdır.

-YAP Suraxanı rayon təşkilatı ilə gənclər arasında əməkdaşlıq hansı formada qurulur? Gənclərin bu təşkilata marağı, əməkdaşlığı necədir?

-Bu gün Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyətinin YAP sıralarında təmsil olunması və ictimai-siyasi proseslərdə aktiv iştirakı günün reallığıdır . Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. YAP Suraxanı rayon təşkilatının sıralarında özündə yüksək intellektual potensialı birləşdirən gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Bu gün təşkilatımızın üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir. Yeni Azərbaycan Partiyası öz fəaliyyətində daim gənclərin rəy və təkliflərini nəzərə alır və onların həyata keçirləməsi üçün hər bir köməklik göstərir. Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır. Gənclərin irəli sürdüyü layihələr mütəmadi olaraq öyrənilir, milli maraqlara uyğun olan və dövrümüzlə uzlaşan maraqlı fikirlərin reallaşması üçün hər bir şərait yaradılır. Bilirsiniz ki, yaşadığımız dövr informasiya kommunikasiya texnologiyalarının çox sürətlə inkişaf etdiyi bir dövrüdür. Müasir dövrdə İKT-dən istifadə etmədən, demək olra ki, uğur əldə etmək mümkün deyil. Bu isə hər birimizdən müzakirələrdə iştirak etmək, informassiya mübadiləsi aparmaq, müxtəlif mövzulara münasibət təqdim etmək və s. kimi bacarıqlar tələb edir. YAP Suraxanı rayon təşkilatının gəncləri bundan məharətlə istifadə edərək, bu istiqamətdə də fəallıq göstərir, facebook, “twitter” və s. sosial şəbəkələrində də aktivlik nümayiş etdirir. Uğurlarımıza sevinməyən, dövlətçiliyimizin əleyhinə çıxan, milli maraqlarımıza xəyanət edən müxalif qüvvələrə və ayrı-ayrı siyasətbazlara qarşı qətiyyətli mübarizə aparan gənclərimiz sosial şəbəkələrdə xüsusi fəallıqları ilə seçilir, dövlətimizə qarşı çıxanlara tutarlı cavablar verirlər. Fəxarətlə qeyd etməliyik ki,YAP sıralarında birləşən gənclər Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq olaraq, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi olması üçün əlindən gələni əsirgəməyən vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir və bunu əməli fəaliyyətləri ilə də hər zaman təsdiq edirlər.

-Azərbaycan demokratik inkişaf yolunu tutan ölkədir. Bu proseslərdə YAP-ın rolunu, gələcək hədəflərini necə dəyərləndirisiniz?

-1992-ci ilin noyabr ayının 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında siyasi həyata vəsiqə almış YAP-ın fəaliyyətdə olduğu 26 il ərzində partiyamız milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli fəaliyyəti ilə xalqın dərin inamını qazanmışdır. Böyük strateq qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən yalnız daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai ehtimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 25 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənmişdir. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilini praktiki surətdə bərqərar olmasına yönəlmişdir. Bütün bunlar ilə cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı, ehtimadı daha da gücləndirmişdir. Heydər Əliyevin yaratdığı sağlam özül üzərində bərqərar olan milli yüksəliş strategiyasını Prezident İlham Əliyev “İnkişafın Azərbaycan modeli” nümunəsində formalaşdırdı və dünyanın iqtisadi beyin mərkəzləri, araşdırma qurumları bu modelin uğurlu mahiyyətini birmənalı etiraf etdilər. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni islahatlar kursu nəticəsində Azərbaycan davamlı tərəqqinin yüksək nümunəsini formalaşdırdı. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı verir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürüdür. Bu prosesdə liderimizin ən yaxın silahdaşı, etibarlı dayağı məhz Yeni Azərbaycan Partiyası və onun üzvləridir. YAP üzvləri bütün səviyyələrdə cənab İlham Əliyevin siyasətinin fəal icraçıları, təbliğatçılarıdırlar. Bütün zamanların siyasi bayraqdarı olan Yeni Azərbaycan Partiyasının üzvləri yeni islahatlar kursunun uğurla həyata keçirilməsi prosesində də möhtərəm Prezidentimizin, cənab Sədrimizin sədaqətli əsgərləri kimi böyük təşəbbüskarlıq və əzm nümayiş etdirirlər. Zamanımızın dinamik dəyişkənliyi, yeni qlobal trendlərin ölkəmizə sürətlə gəlişi, müasir siyasi və ideoloji çağırışların siyasi mühitimizə sirayət etməsi partiyamızın və üzvlərimizin qarşısında yeni vəzifələr müəyyənləşdirir.

Möhtərəm sədrimiz İlham Əliyev partiya qurultaylarında, tədbirlərdə YAP təmsilçilərinə daim tövsiyə edib ki, hər bir üzv Ümummilli lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir. Biz bu xidmət nümunəsini Azərbaycan Respublikasının I Vitse Prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində daha qabarıq görürük. Mehriban xanım Əliyevanın indiyədək göstərdiyi fəaliyyət çoxşaxəlidir. Bu fəaliyyət hər addımda Ulu Öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edir. Beynəlxalq aləmdə Azərbaycan bu gün tanınan, yüksək reytinqə malik olan dövlətlərdən biridir. Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti yeni müstəviyə yükəsələrək, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı, müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu.

Prezident İlham Əliyevin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu sahədə də əsas oyunçulardan birinə çevrilib. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb. Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantıdır.

Toğrul

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1688

QHT və MEDİA

2018-11-13 22:10:16

QHT və MEDİA
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...

“Bilirsiniz ki, 10 ildir ki, Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyy...

2018-11-13 09:20:57

QHT və MEDİA
Allen Alen: Azərbaycanda dinlərarası har...
Allen Alen: Azərbaycanda dinlərarası har...

Qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə m...

CƏMİYYƏT

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

2018-11-07 07:40:52

CƏMİYYƏT
Dövlət himnimizə hörmət etmək hər bir az...
Dövlət himnimizə hörmət etmək hər bir az...

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən bir...

İQTİSADİ

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...

2018-11-05 10:10:57

İQTİSADİ
“Azərbaycan regionda mühüm tranzit rolu ...
“Azərbaycan regionda mühüm tranzit rolu ...

Bunu Baş nazir Novruz Məmmədov Astanada MDB Hökumət Başçıları Şurasının iclas...