SİYASƏT
A- A A+

ABŞ-ın Azərbaycan icması Birləşmiş Ştatlar hökumətini Ermənistana təzyiq göstərməyə çağırır

2015-08-04 09:40:23

ABŞ-da çıxan “Journal Star” qəzetində ABŞ-ın Azərbaycan icmasının üzvü Nicat Uorlinin Azərbaycanın Ağdam rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar “Ermənistana təzyiq göstərin” sərlövhəli müraciəti dərc olunub. http://journalstar.com/news/opinion/mailbag/letter-pressure-armenia/article_3b93b74e-3f2f-5ec7-a516-a83a072f6c78.html)

Ermənistanın 1987-ci ilin sonunda başladığı Azərbaycanın Dağlıq Qarabağ regionunun qəsb edilməsi siyasətindən danışılır. Azərbaycan SSR parlamenti və SSRİ Ali Sovetinin Rəyasət Heyəti erməni millətçilərinin Azərbaycan ərazilərini Ermənistana birləşdirmək tələblərini rədd etdikdən sonra Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı və 1992-cı ilin ortalarına doğru azərbaycanlı əhalini ölkənin Dağlıq Qarabağ regionundan qovdu.

Sonra məqalədə Ağdam rayonu, məcburi köçkünlər və Ağdamın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Azərbaycana vurulan ziyan barədə statistik məlumatlar gətirilir. BMT Təhlükəsızlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 1993-cü il tarixli dörd qətnaməsinin və BMT Baş Məclisinin 2008-ci il tarixli qətnaməsinin əhəmiyyətini qeyd edən müəllif ABŞ hökumətini Ermənistana təzyiq göstərməyə, onu beynəlxalq qurumların qətnamələrinə riayət etməyə, işğalçı qoşunlarını suveren Azərbaycanın ərazilərindən çıxarmağa və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına şərait yaratmağa məcbur etməyə çağırır.

Xatırladaq ki, “Journal Star” qəzetində müraciət ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin Ermənistan-Azərbaycan münaqişəsinin reallıqları və Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumatlandırılmasına dair ənənəvi kampaniyası çərçivəsində dərc olunub.

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 606

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...