SOSİAL
A- A A+

Neft Daşlarında "Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir " adlı toplantı keçirilib

2018-10-15 10:55:33

15 oktyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir" adlı tədbir keçirilmişdir

Tədbiri giriş nitqi ilə açıq elan edən "Neft Daşları NQÇİ" ərazi ilk partiya təşkilatının sədr müavini Əhməd Musayev bildirdi ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı əldə etdi. 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atan Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzünə uğrayaraq, soyqırım və etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdı.

Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və dahi rəhbərin yürütdüyü müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. Sonra tədbirdə Neft Daşları NQÇİ-nin baş mühəndisi Azər Rüstəmov və rəis müavini Rüstəm İsmayılov çıxış edərək, müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan gərginliyin zəngin dövlətçilik təcrübəsinə malik görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişinədək davam etdiyini bildirdilər. Vurğulandı ki, məhz ümummilli liderin müdrik rəhbərliyi ilə müstəqilliyimiz qorunub saxlanıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu, suveren dövlət kimi beynəlxalq aləmdə özünə layiqli yer tutdu. Daha sonra tədbir iştirakçıları müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə etdilər.


Kateqoriya : SOSİAL Baxış sayı : 347

QHT və MEDİA

2019-06-20 07:30:53

QHT və MEDİA
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...