QHT və MEDİA
A- A A+

Baş katib Bağdat Amreev: Azərbaycana hər səfərimdə möhtəşəm inkişafın şahidi oluram

2018-10-15 08:05:32

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin genişləndirilməsində aparıcı rola malikdir. Azərbaycana hər bir səfərimdə fundamental yeniliklərin, möhtəşəm inkişafın şahidi oluram. Bu inkişaf bütün sahələri və ölkənin bütün ərazisini əhatə edir

Fact-info.az-ın məlumatına görə. bu fikirləri AZƏRTAC-a müsahibəsində Türk Şurasının baş katibi Bağdat Amreev bildirib. TDƏŞ-ə baş katib seçiləndən sonra Azərbaycan, Türkiyə və Qazaxıstanda dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirdiyini diqqətə çatdıran Bağdat Amreev qeyd edib ki, üzv ölkələr Şuranın fəaliyyətinin genişlənməsinə böyük maraq göstərirlər.

Baş katib bildirib ki, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm bir strategiya kimi qorunmaqdadır. Tərəflər Türk Şurasının fəaliyyətində dinamik yüksəlişə nail olmaq üçün bütün imkanlardan istifadə edirlər.

“Türkdilli dövlətlər böyük bir coğrafiyanı əhatə edirlər. Bu coğrafiya zəngin təbii resurslara, böyük tranzit imkanlara malikdir. Əməkdaşlıq əlaqələrinin genişlənməsi qarşılıqlı faydalı layihələrin reallaşdırılmasını təmin edir”,- deyə Bağdat Amreev vurğulayıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 221

QHT və MEDİA

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...