MƏDƏNİ
A- A A+

Çingiz Aytmatov təkcə qırğız xalqının yox, bütün türk dünyasının fəxridir

2018-10-13 10:45:08

Qırğızıstanın rusdilli “Veçerni Bişkek” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla böyük qırğız yazıçısı Çingiz Aytmatov haqqında “Əsri qabaqlayan yazıçı və mütəfəkkir” sərlövhəli müsahibə dərc edib

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibədə bu yaxınlarda İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində “Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlı üçüncü Beynəlxalq İssık-Kul Forumu haqqında məlumat verilir, tədbirin əhəmiyyətindən danışılır. Bildirilir ki, budəfəki Forumda Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, Çingiz Aytmatovun tədqiqatçısı Mehman Həsənov, professor, kulturoloq Fuad Məmmədov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov iştirak edib.

Müsahibədə Hidayət Orucov Çingiz Aytmatovla hələ keçmiş SSRİ dövründə İrəvanda tanış olduğunu, sonra tez-tez müxtəlif tədbirlərdə görüşdüklərini, Moskvada Yazıçılar evində rastlaşdıqlarını bildirir. “Böyük yazıçı mənə “Səni tez-tez xatırlayıram” dedi. O zaman mən Bakıdakı “Gənclik” nəşriyyatının baş redaktoru idim. Nəşriyyat o zaman Çingiz Aytmatovun povestlərindən ibarət bir kitab da çap etmişdi”.

Bildirilir ki, Bakıda Çingiz Aytmatovun əsərləri və onun yaradıcılığı haqqında çoxlu kitab çap olunub, onun əsərləri ilə bağlı namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib. Ümummilli lider Heydər Əliyev Çingiz Aytmatova yazıçı və intellektual şəxsiyyət kimi böyük qiymət verirdi. Heydər Əliyev Çingiz Aytmatov haqqında deyib: “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş edən Çingiz Aytmatov təkcə qırğız xalqının yox, bütün türk dünyasının fəxridir”. Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə mədəniyyət, təhsil, səhiyyə və elm sahələrinə rəhbərlik edib. Ulu Öndər o zaman tez-tez yaradıcı, istedadlı adamlarla, həmçinin Çingiz Aytmatovla görüşür, problemlərini həll edir, qayğılarına qalırdı. Səfir müsahibədə bildirir ki, Azərbaycan Milli Kitabxanasında Çingiz Aytmatovun kitablarından və fotoşəkillərindən ibarət sərgi keçirilib, Akademik Milli Dram Teatrında isə “Manqurt” tamaşasının təqdimatı olub. Tezliklə Qırğızıstanın sənət ustaları Bakıda böyük yazıçının “Cəmilə” povesti və digər əsərləri əsasında hazırlanmış tamaşalar göstərəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev də böyük yazıçının əsərlərinə və şəxsiyyətinə böyük qiymət verib. Çingiz Aytmatov Azərbaycanın dostu idi, ölkəmizi həmişə dəstəkləyirdi. Azərbaycanın ilk “Dostluq” ordeni məhz Çingiz Aytmatova verilib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 271

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...