QHT və MEDİA
A- A A+

Yaxşı olar ki, işğalın qurbanı olan məcburi köçkünlərin hüquqları monitorinq edilsin

2018-10-11 09:35:32

Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Hamı bilməlidir ki, müəyyən bir ölkəni ziyarət etmək üçün dövlət sərhəd rejiminə əsasən müəyyən prosedurlara, xüsusilə də dövlət sərhəd rejiminin beynəlxalq hüquqda tanındığına əməl edilməsi qaydasına riayət etmək lazımdır

Məlum olduğu kimi, dövlət sərhəd rejimi milli qanunvericilik və beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan digər dövlətlər kimi, sərhədini keçən şəxslərdən müəyyən olunmuş norma və qaydalara riayət edilməsini tələb etmək hüququna malikdir. Biz qeyri-adi bir şey tələb etmirik. Dövlət sərhəd rejiminin pozulmasına imkan verilərsə, digər hüquqlara riayət edilməsini necə tələb edə bilərik?

Bu fikri AŞPA-nın payız sessiyasında “Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən “boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirələri zamanı deputat Sevinc Fətəliyeva söyləyib. O bildirib ki, insan haqlarının monitorinqi ideyası təqdirəlayiqdir, ancaq Dağlıq Qarabağda kimin hüquqlarına nəzarət ediləcək? Adətən monitorinq altında hüquqları pozulan şəxslərin hüquqları olur. Dağlıq Qarabağ 28 ildir ki, Ermənistanın hərbi rejimi tərəfindən idarə olunur. Etnik təmizləmələr və işğal nəticəsində yerli əhali doğma yurdundan didərgin düşüb, onu tərk etmək məcburiyyətində qalıb. Orada məskunlaşan hərbi qüvvələrin, işğalçıların hüquqlarını monitorinq etməyi təklif edirsinizmi? Bu, məntiqsizdır.

Millət vəkili qeyd edib ki, belə təkliflər yalnız münaqişənin eskalasiyasına səbəb ola bilər, sülh yolu ilə həllinə isə mane olacaq. Eskalasiyaya səbəb olan digər məsələ Ermənistanın təşkil etdiyi xarici vətəndaşların Dağlıq Qarabağa qanunsuz səfərləridir. Bir necə gün öncə Ermənistanın baş nazirinin yoldaşı Akopyan müxtəlif dövlətləri təmsil edən nümayəndə heyəti ilə Dağlıq Qarabağa səfər təşkil edib. Bu səfər “sülhməramlı xalq diplomatiyası” adlandırılır. Mən qadın kimi, ana kimi sülh məramını başa düşürəm. Çünki qadınlar həmişə sülhü düşünür, övladlarını, onların gələcəyini düşünür. Lakin hələ bu gün də erməni silahlı qüvvələri günahsız azərbaycanlı uşaqları güllələyirsə, hansı sülh məramından söhbət gedə bilər? Sülhə belə nail olmaq olmaz. Ölkələrin icazəsi olmadan işğal altında olan ərazilərə səfərlər heç vaxt münaqişələrin həllinə fayda verə bilməz. Daha yaxşı olar ki, işğalın qurbanı olan məcburi köçkünlərin hüquqları monitorinq edilsin. (Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 819

QHT və MEDİA

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

2020-07-13 17:20:39

QHT və MEDİA
Qarabağ həqiqətlərinin dünyada təbliği m...
Qarabağ həqiqətlərinin dünyada təbliği m...

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölg...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...