MÜSAHİBƏ
A- A A+

Dəniz şəraitində çalışan neftçilərimizin təhlükəsizliyi necə təmin edilir?

2018-10-10 20:50:25

Bu və digər məqamlara aydınlıq gətirmək məqsədilə SOCAR-a müraciət etmişdik. Həmin qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsi Fact-info.az-ın suallarını yazılı şəkildə cavablandırıb. Dəyərli izləyicilər həmin yazını təqdim edirik

-Dənizdəki bir sıra yataqlardan neft-qazın çıxarılması ilə bağlı Azərbaycanın zəngin təcrübəsi var. Təbii ki, bu, resursların istismarı dövründə orada çalışan işçilərin təhlükəsizliyi məsələsi hər zaman önəmli olub. Hazırda bu proses necə tənzimlənir?

-Dənizdə və quruda neft-qaz yataqlarının istismarı ilə əlaqədar işlərdə çalışan bütün işçilərin, xüsusilə də dəniz obyektlərində çalışan işçilərin təhlükəsizliyi və sağlamlığı SOCAR-da hər zaman prioritet məsələ kimi önə çəkilmişdir. Dəniz obyektlərində iş şəraitinin təhlükəsizliyinə, işçilərin və iş yerlərinin zəruri mühafizə vasitələri ilə təmin olunmalarına, avadanlıqların, qurğuların, o cümlədən hidrotrexniki qurğuların vəziyyətinə və işçilərin təhlükəsizliyi ilə əlaqədar digər məsələlərə həmin obyektlərdə çalışan rəhbər mühəndis-texniki işçilər tərəfindən, neftqazçıxarma idarələrinin, həmçinin “Azneft” İB-nin müvafiq şöbələri və struktur bölmələri, əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyaları tərəfindən nəzarət olunur, mütəmadi olaraq aidiyyəti üzrə vaxtında yoxlanılır, aşkar edilən uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Bunlardan əlavə olaraq istehsalatın və işçilərin təhlükəsizliyi ilə əlaqədar SOCAR tərəfindən və AR FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən qaldırılan məsələlər, verilən göstərişlər də “Azneft” İB-də baxılır və vaxtında müvafiq tədbirlər görülür.

-Məlum məsələdir ki, dəniz şəraitində havanın və iqlimin dəyişməsi ilə əlaqədar olaraq müxtəlif təbii fəlakətlərin baş verməsi gözləniləndir. Əvvəllər də belə qəza halları dəfələrlə baş vermişdi. Ümumilikdə belə şəraitdə işçilər necə mühafizə olunur?

-Əvvəlki illərdən fərqli olaraq son illərdə dünyada baş verən qlobal iqlim şəraitinin dəyişməsi ilə əlaqədar olaraq Xəzər dənizində çox güclü küləklərin əsməsi və yüksək dalğaların yaranması hallarına təsadüf edilir. Dənizdə yerləşən estakada, estakadayanı meydança və stasionar dəniz özüllərinin əksəriyyətinin keçən əsrin sonlarında tikilməsi və uzun müddət istismar olunması ilə əlaqədar olaraq onların bir hissəsinin çox güclü küləyin və yüksək dalğaların təsirinə qarşı davamlılığı zəifləmişdir. Bu obyektlərin və qurğuların texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun istismar edilməsi və onların təhlükəsiz istismar müddətlərinə riayət olunması üzrə “Azneft” İB tərəfindən plana uyğun olaraq işlər aparılır. “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ, “28 May” NQÇİ, “Neft Daşları” NQÇİ və “Abşeronneft” NQÇİ-nin dəniz obyektlərində “Neftqazelmitədqiqatlayihə” İnstitutu və neftqazçıxarma idarələrinin texniki komissiyaları tərəfindən estakada, estakadayanı meydança və stasionar dəniz özüllərinin, onların üzərində olan texnoloji qurğu və xətlərin texniki vəziyyəti diaqnostika olunur, istismar müddəti keçmiş və insan həyatı üçün risk yarada bilən hidrotexniki qurğuların istismarının dayandırılması və işçilərin oradan çıxarılması üzrə müvafiq tədbirlər görülür. Son illər ərzində çox sayda estakada, estakadayanı meydança və stasionar dəniz özülü istismardan çıxarılmış, qəza təhlükəsi olan estakadalar neftyığım meydançalarından ayrılmışdır. Qəzalı sahələrdə insanların, maşın-mexanizmlərin hərəkəti qadağan olunmuş, təhlükəsizlik tələblərinə cavab verməyən hidrotexniki qurğularda çalışan işçilər təhlükəsiz yerlərə köçürülmüş, bir çox obyektlərin əsaslı təmir olunmasına başlanılmışdır. Qurğuların vəziyyəti daim nəzarətdə saxlanılır.

-Xəzər dənizində yüksək platformalarda çalışan neftçilərin mühafizəsi və təhlükəsizliyi baxımından hansı ölkələrin təcrübəsindən yararlanmaq mümkündür? Ümumiyyətlə, dəniz şəraitində işçilərin çox mükəmməl mühafizəsinin təşkili baxımından dünyada hansı metodologiyalar mövcuddur?

-İstər xarici ölkələrdə, istərsə də Azərbaycanda dənizin dərinsulu hissəsində neft və qazçıxarma platformaları onun quraşdırılacağı rayonun (yerin) xarakteristikası (dənizin dərinliyi, həmin rayonda küləyin maksimal sürəti, dalğanın hündürlüyü, baş verə biləcək zəlzələnin gücü və s.) və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla layihələndirilir və quraşdırılır. Layihə işlənilərkən işçilərin təhlükəsizliyi ilə əlaqədar bütün məsələlər nəzərə alınır. O cümlədən platformalar işçilərin fövqəladə hallarda təxliyyəsi üçün Xilasetmə vasitələri üzrə beynəlxalq kodeksin və s. beynəlxalq sənədlərin tələblərinə uyğun olaraq müvafiq xilasetmə vasitələri ilə təchiz olunur.

-Məlum məsələdir ki, Xəzərdə yeni yataqlar kəşf edilməkdədir. Heç şübhəsiz ki, neft-qazın çıxarılması daha müasir üsullarla həyata keçirilir. Yeni dönəmdə əməyin mühafizəsinin daha modern təşkili baxımından nəyi qeyd etmək zəruridir?

-Xəzərdə bir çox yeni neft-qaz yataqlarının işlənməsi üçün platformaların layihələndirilməsi işlərinin bu sahədə böyük təcrübəsi olan xarici şirkətlərlə birgə həyata keçirilməsi nəzərdə tutulmuşdur və bu layihələrdə proseslərdə təhlükəsizliyi daha çox təmin edən müasir qurğu, avadanlıq və vasitələrin, həmçinin müasir mühafizə vasitələrinin tətbiqi nəzərə alınacaq.

Dəniz şəraitində çalışan neftçilərin nəqliyyat, qidalanma, sağlamlıq və digər məsələləri necə tənzimlənir?

- Çoxminli neftçilər ailəsinin (o cümlədən dəniz şəraitində çalışanların) sosial məsələlərinin həlli istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə müvafiq əmr-qərarı ilə təsdiq edilmiş, 352 bənddən ibarət “SOCAR-ın qurumlarında çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2016-2020-ci illər üçün Sosial-İnkişaf Proqramı”na uyğun olaraq, 2017-ci ildə yerinə yetirilməsi nəzərdə tutulmuş 70 bənd üzrə işlər tam, 66 bənd üzrə işlər qismən yerinə yetirilmiş, digər bəndlər üzrə isə işlərin yerinə yetirilməsi ilə əlaqədar hazırlıq işləri aparılır. “Neft daşları”, “28 May”, N.Nərimanov, “Abşeronneft” NQÇİ-nin ərazisində olan yataqxana və evciklərdə cari təmir işləri aparılmış, həmçinin yeni evciklərlə təmin edilmiş, Stasionar Dəniz Özüllərində, digər sex və sahələrdə çalışan işçilərin sosial məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə sahələr tələbata uyğun məişət avadanlıqları və yataq dəsti ilə təchiz edilmişdir. Çilov adasında işçilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə köhnə yeməkxanada idman sağlamlıq zalı yaradılmış və zəruri avadanlıqlar (bilyard və tennis stolu) quraşdırılaraq işçilərin istifadəsinə verilmişdir. Həmçinin adada ekoloji durumun yaxşılaşdırılması və yaşıllıqların artırılması məqsədi ilə 2017-ci ildə 3700 ədəd ağac (zeytun, sərf, şam, tuya və s.) və 3853 ədəd müxtəlif növ dekorativ gül kolları əkilmişdir. Ötən dövr ərzində respublikanın istirahət zonalarında, ümumilikdə 2991 nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunmuşdur. Müalicəyə ehtiyacı olan 2677 nəfər neftçi istirahət və sanator-kurort müalicə mərkəzlərinə göndərilmiş, Naftalan şəhərində 3227 nəfərə yaxın işçinin müalicəsi təmin olunmuşdur. Qeyd etmək lazımdır ki, yollayışlarla ilk növbədə dəniz şəraitində çalışan neftçiləri təmin edilmişlər.

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 483

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...