SOSİAL
A- A A+

20 Yanvar şəhidi İlham Allahverdiyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

2018-10-10 07:40:38

Yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği layihəsinin ilk tədbiri keçirilib

“Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində 20 Yanvar şəhidi olan İlham Allahverdiyev Əjdər oğlunun oxuduğu 54 № -li tam orta məktəbdə xatirəsinə həsr olunmuş şagirdlərlə görüş keçirib.

Tədbirdə 20 Yanvar İB-nin işçi heyəti, Layihə rəhbəri Sultan Əzimzadə, ekspert Mustafa Əliyev, pr.menecer Qahirə Məmmədova ,mühasib həmçinin Sosial İqtisadi Araşdırmalar İB-nin sədr muavini Fərqanə Əliyeva , şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyiev, hərbi jurnalist ehtiyatda olan hərbiçi mayor Şəmistan Əlizamanlı, Qazilər.az saytının rəhbəri və Qarabağ əlili Rey Kərimoğlu, şəhid İlham Allahverdiyevin iş yoldaşı Asif İbrahimxəlilov, 20 Yanvar” İB-nin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, “ 20 Yanvar” İB-nin idarə heyətinin üzvü, Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov və KİV- nümayəndələri iştirak etmişdir.

Tədbir giriş sözü ilə açan Layihənin rəhbəri Sultan Əzimzadə bildirib ki, cəmiyyətimizdə yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması, vətən uğrunda canından keçmiş vətən oğullarımızın həyat və qəhrəmanlıq sərlövhələrinin təbliği vacib və lazım məsələlərdən biridir. Çünki yeniyetmə və gənclər bu ölkənin gələcəyidir. Düzdür gənclərimiz arasında vətənpərvərlik hissləri yeterincə vardır, lakin bu yönümdə davamlı olaraq təbliğat və maarifləndirmə işləri görülməlidir. Qəhrəmalıq tariximiz gənc nəslin yaddaşına həkk olunmalıdır ki, vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi daimi yaşar olsun.

Tədbirdə hərbi jurnalist Şəmistan Əlizamanlı, Allahverdiyev Elxan, şəhidin iş yoldaşı İbrahimxəlilov Asif və başqaları çıxış edərək fikirlərini yeniyetmə və gənclərlə bölüşmüşdür. Məktəbin şagirdləri musiqi proqramları ilə çıxış ediblər. Sonda Şəmistan Əlizamanlı hərbi yönümlü mahnılar ifa edərək tədbiri bitirmişdir.

Layihəni “20 Yanvar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edir və 31.10.2018-ci il tarixinədək davam edəcək.

Toğrul

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 913

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...