SİYASƏT
A- A A+

Səməd Seyidov: "AŞ PA problemlərinin səbəbi ikili standartlardır"

2018-10-09 08:10:39

.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) problemlərinin səbəbi ikili standartlardır. Trend-in məlumatına görə, bunu AŞ PA-nın payız sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türkiyədə keçirilmiş prezident və parlament seçkiləri barədə məruzəni şərh edərkən deyib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib: “Bəzən biz Assambleyada ölkələr haqqında, bəzi ölkələrdəki vəziyyət barədə çıxış edirik. Eyni zamanda təəssüflə nəzərə almalıyıq ki, bizim bu ölkələrə yanaşmamız ikili standartlara əsaslanır. Assambleyanın problemlərinin səbəbləri məhz bundadır”.

S.Seyidov qeyd edib ki, Türkiyə Avropa Şurasının təsisçilərindən biridir: “Türkiyə Avropada sabitliyin təmin olunmasına böyük töhfə verib. Eyni zamanda Türkiyə ölkə daxilində terrorçuluqla, qeyri-sabitliklə, yoxsulluqla mübarizə aparır. Bu gün Türkiyə ciddi işlərə görə yox, xırda detallara görə tənqid olunur. Biz başa düşməliyik ki, Türkiyə bu seçkiləri çox mürəkkəb vəziyyətdə keçirib. Amma bu seçkilər azad və şəffaf keçib”. S.Seyidov xatırladıb ki, Türkiyədə seçicilərin iştirak fəallığı 86 faiz təşkil edib:

“Avropa ölkələrində bu cür halı nadir görmək olar. Bu fəallıq onu göstərir ki, Türkiyə xalqı ölkədə sabitliyi təmin etməyə hazırdır, Türkiyəni ümumi dəyərlərimizi rəhbər tutan Avropa ölkəsi kimi görmək istəyir. Biz bu mürəkkəb vəziyyətdə əldə olunan ümumi irəliləyişi görmək imkanı olmadan xırdalıqlara nəzər salırıqsa, bu, ikili standartlardır. Sizdən dəyərlərimizə qayıtmağı xahiş edirəm. Anlamaq lazımdır ki, Türkiyə Avropada həll etmək qabiliyyətində olmadığımız məsələnin həllidir”. Qeyd edək ki, AŞ PA-nın payız sessiyası ötən gün Strasburqda işə başlayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 503

QHT və MEDİA

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...