İQTİSADİ
A- A A+

QHT regionlarda maarifləndirici tədbirini keçirib

2018-10-08 10:05:23

Layihə

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” lahiyəsi çərçivəsində Zaqatala Rayonunda sahibkarlarla görüş keçirilmişdir. İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində 5 oktyabr 2018-ci il tarixində Zaqatala Rayonunda sahibkarların iştirakı ilə tədbir keçirilmişdir.

Fact-info.az-a daxil olan məlumata görə. seminarın keçirilməsində başlıca məqsəd 2016-cı ildə qəbul olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol xəritəsində” sahibkarlığın inkişafı ilə bağlı məsələlərə dəstək göstərmək və regionlarda yaşayan sahibkarları bu mövzular ətrafında maarifləndirməkdən ibarətdir. İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev və ekspert Radil Fətullayev öz çıxışlarını əsasən “Birgə biznes modeli”nin üstünlükləri və formaları və “Birgə fəaliyyət”in qanunvericilikdəki əsası, sənədləşdirilməsi, uçot və hesabatı mövzuları ətrafında qurmuşdular.

Tədbirdə Zaqatala rayonunda fəaliyyət göstərən fındıqçılıq, arıçılıq, meyvəçilik və s. üzrə sahibkarlar, bələdiyyə nümayəndələri və yerli KİV təmsilçiləri olmaqla 50-yə yaxın şəxs iştirak etmişdir. Qeyd edək ki, daha öncə layihə çərçivəsində 7 sentyabr 2018-ci il tarixində Bakı şəhərində 21 sentyabr 2018-ci il tarixində isə Lənkəran rayonunda çalışan sahibkarlar üçün bu tip treyninqlər keçirilmişdir.

Toğrul

Fact-info.az


Kateqoriya : İQTİSADİ Baxış sayı : 364

QHT və MEDİA

2019-04-23 08:25:31

QHT və MEDİA
Milli Qəhrəman Samid İmanovun adı əbədil...
Milli Qəhrəman Samid İmanovun adı əbədil...

Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı əbədiləşdirilib. Baş Nazir No...

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...