SİYASƏT
A- A A+

Amaşov: "Zatulinin mövqeyinə daha çox erməni lobbiçiliyi də demək mümkündür"

2018-10-06 09:30:12

“Konstantin Zatulin hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilib. Bu mövqeyə daha çox erməni lobbiçiliyi də demək mümkündür. O, yenə də öz ampluasındadır və sərsəmləmələrini davam etdirməkdədir”

Bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin bu günlərdə Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Ə.Amaşov bildirib ki, K.Zatulinin “Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, guya bu, Azərbaycanın dağılmasına səbəb olar” kimi fikirləri siyasi avantürizmin cəfəng məhsuludur: “Məlumdur ki, Zatulinin açıqlamalarının Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur. Onun özü də bunu gözəl bilir. Üstəlik, bu açıqlamalar Rusiyanın dövlət siyasətinə ziddir. Əsas məqam isə bundadır ki, Zatulin hər zaman Ermənistan üçün gərgin siyasi durumlarda meydana çıxır. İndi də öz aləmində işğalçı ölkənin ictimai rəyinə hesablanmış şəkildə danışır. Bir növ, erməni cəmiyyətində müharibə qorxusunun yaratdığı psixozu aradan qaldırmaq istəyir. O da məlumdur ki, bu psixoz 2016-cı ilin aprel müharibəsi ilə daha da dərinləşib. Aprel müharibəsi bir sıra erməni və ermənipərəst ideoloqların Qarabağ münaqişəsi ilə bağlı gözləntilərini, senarilərini heçə endirdi. Müharibədə Azərbaycanın əsasən o nəsil övladları döyüşdülər ki, onlar Qarabağı görməyiblər. Ancaq məlum oldu ki, yeni nəsil Qarabağı unutmur. Bu cəhət erməniləri ayıltdı. Ona görə də Zatulin və onun kimilər hər üsulla çalışırlar ki, Ermənistan cəmiyyətindəki qorxu ab-havasını aradan qaldırsınlar. Sərsəmləmələri də bununla bağlıdır”.

Deputat əlavə edib ki, Azərbaycan sülh danışıqlarına sadiqliyini daim nümayiş etdirməkdədir: “Əgər yenidən müharibə başlasa, bu, heç bir halda ölkəmizin danışıqlar prosesini pozması kontekstində dəyərləndiriləcək hadisə olmayacaq. Zatulin də bunu və müharibənin hansı ölkə üçün fəlakət ola biləcəyini çox gözəl anlayır”. K.Zatulinin Azərbaycanın siyasətinin heç də sənədlərdə əksini tapdığı kimi olmaması ilə bağlı fikirlərinə gəlincə isə Ə.Amaşov vurğulayıb: “Bəli, Azərbaycanın gücü və qüdrəti Zatulin kimi erməni havadarlarının əllərindəki sənədlərdə əks olunduğundan qat-qat artıqdır. Bu mənada, ölkəmizin yeritdiyi siyasətdən də baş çıxara bilməzlər. Buna görə də danışıqlar prosesi barədə qeyri-müəyyənlik yaratmaq yolu tuturlar. Əlbəttə, heç bir halda reallıq Zatulinin və ya qeyr- ermənipərəstin ictimai rəyi yoxlamaq üçün ortaya atdığı avantürist baxışlarla səsləşmir”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 409

QHT və MEDİA

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...