SİYASƏT
A- A A+

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: "Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır"

2018-10-05 22:05:43

.

Məlum məsələdir ki, son zamanlar bir qrup insanlar yalnız konkret dairələrin maraqlarına uyğun gələndə və müvafiq sifarişlər alanda mitinq keçirməyə cəhd edirlər. Dağlıq Qarabağ adından istifadə edib kimlərinsə göstərişi ilə hərəkət edən insanların həyata keçirtmək istədikləri mitinqin iflasa uğraması isə göz qabağındadır. Belə mitinqlərə qatılan insanlar da əksəriyyət etibarı ilə həmin quruma daxil olan təşkilatların təmsilçiləri və təəssübkeşlərindən ibarət olur.

Bu fikirləri Fact-info.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib

Onun fikrincə, Dağlıq Qarabağ adı altında həyata keçirilən sonuncu aksiya bir daha göstərdi ki, cəmiyyətdə bu qüvvələri dəstəkləyənlər yoxdur. Ora gələnlər də yalnız özlərindən və yaxın qohum ətrafından ibarət olan insanlardır. Sapı özümüzdən olan bəzi üzdəniraq qüvvələr unudurlar ki, xaricilərin sifarişi ilə oturub-durmaqla heç bir zaman cəmiyyətin dəstəyini qazana bilməyəcəklər. Belə hərəkətlərilə isə özlərini daha da nüfuzdan salacaqlar.

Hikmət Şikarov qənaətincə, dağıdıcı qüvvələrin mitinq keçirməyinə heç kimin iradı yoxdur, ürəkləri nə qədər istəsə mitinq keçirib öz sözlərini deyə bilərlər. Çünki onlar demokratik dəyərlərə kifayət qədər hörmətlə yanaşılan bir ölkədə yaşayırlar. Mitinq keçirmək, sərbəst toplaşmaq hər bir kəsin hüququdur. Lakin bu gün Dağlıq Qarabağ adı altında gizlənib əslində xalq arasında çaşqınlıq yaratmaq istəyən qüvvələr anlamalıdırlar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi ən mühüm hədəfimizdir. Bu məsələdə iqtidarın mövqeyi prinsipialdır. Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası bu mövqeyi birmənalı şəkildə dəstəkləyir. Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxlaq kürsülərdən bəyan edibdir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, Azərbaycan xalqı Prezidentini sevir, Prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə doğruldur. Çünki Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. Bu, təkzibedilməz reallıqdır.


Kateqoriya : SİYASƏT Baxış sayı : 479

QHT və MEDİA

2019-06-20 07:30:53

QHT və MEDİA
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...