TƏDQİQATLAR
A- A A+

Rusiyalı tarixçi: Qaregin Njdenin ideologiyası açıq irqçilik, özü isə hərbi canidir

2018-10-05 09:15:28

Oktyabrın 4-də rusiyalı tarixçi və hüquqşünas, professor Oleq Kuznetsov Bakı Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistan: nasizmə icazə verilən ölkə” mövzusunda mətbuat konfransı keçirib

Oleq Kuznetsov Qareqin Njdenin “tseqakron” təliminin nasist və hətta irqçi xarakter daşıdığını təsdiqləyən informasiyanın olduğu sənədləri təqdim edib. Rusiyalı tarixçi Ermənistan SSR Dövlət Siyasi İdarəsinin (DSİ) sədri, I dərəcəli dövlət təhlükəsizliyi komissarı Armenak Abulyanın 1933-cü ildə tərtib etdiyi analitik qeydləri nümayiş etdirib. Bu sənəddə göstərilir ki, erməni millətçiləri tərəfindən sovet hakimiyyəti üçün əsas təhlükə mənbəyi “İranda sayı kifayət qədər olan bandaların və onların başçılarının sərhəddən göndərilməsi avantürasının təşkili, ayrı-ayrı hakimiyyət nümayəndələrinə qarşı terror aktlarının hazırlanmasıdır”. Sənəd o zamanlar ən yüksək məxfilik qrifi ilə göndərilmişdi və yalnız rəhbər işçilər onunla tanış ola bilərdilər. Sənədin surətləri Azərbaycan SSR, Gürcüstan SSR və Naxçıvan MSSR DSİ-lərinə də göndərilmişdi. Bu analitik qeydlərin bir nüsxəsi Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin arxivindəki fondda saxlanılır.

O.Kuznetsov qeyd edib ki, daşnaklar 1933-cü ildə bolşeviklər partiyasının ideoloji düşməninə çevrilmişdilər. Həmin vaxt partiya ləqəbi ilə daha çox “Njde” kimi tanınan Qaregin Ter-Arutyunyan iyulun 16-da Bostonda (ABŞ, Massaçusets ştatı) keçirilən təsis konfransında sonradan “Erməni Gənclər Federasiyası”, yaxud “İrqçilər” adlanan “Tseqakron” təşkilatının yaradıb və bununla da erməni ali irqçiliyi haqqında öz nəzəriyyəsini nəzəriyyədən praktik müstəviyə keçirib. Buna paralel olaraq, bir-biri ilə heç bir əlaqəsi olmayan iki hadisə baş verib. Birincisi – yanvarın 30-da Almaniya Milli-Sosialist Fəhlə Partiyasının lideri Adolf Hitler Almaniyanın reyxskansleri təyin olunub, ikincisi isə - Fransada bu vaxtadək heç kimin tanımadığı antropoloq J.Montadon xüsusi “ermənoid irqi”nin mövcudluğunu bəyan edib.

Oleq Kuznetsov deyib ki, sovet xüsusi xidmət və hüquq-mühafizə orqanları üçün avstriyalı erməni Peter Kamsarakyan çox mühüm və qiymətli informasiya mənbəyi idi, bu səbəbdən onun fəaliyyətinə şəxsən SSRİ-nin daxili işlər naziri, general-polkovnik S.N.Kruqlov kuratorluq edirdi. 1948-ci il noyabrın 18-də onun imzası ilə “Tam məxfidir” qrifi altında cəmi bir neçə nüsxədə arayış hazırlanmışdı ki, bu da həmin sənədin ən yüksək məxfilik səviyyəsi daşıdığını göstərir. Arayışda üçüncü reyxin xüsusi xidmət orqanları və erməni millətçilərinin əməkdaşlığına dair aşağıdakı məlumatlar yer alıb: “...daşnaklar öz komitələrinin olduğu bütün ölkələrdə almanları maraqlandıran məlumatlar toplayırlar. Bu, ilk növbədə, Sovet İttifaqı, Mərkəzi Amerika ölkələrinə və İngiltərəyə aiddir. Xüsusi əhəmiyyətli hallarda daşnaklar bu ölkələrdəki alman təmsilçiləri ilə birbaşa əlaqə saxlamalıdırlar”. “Daşnaklar almanlara öz arzularını da çatdırıblar. Bu xahişin məzmunu ondan ibarətdir ki, SSRİ ilə müharibə baş verdikdə Almaniyanın tərkibində erməni dövləti yaradılsın və hökumət partiyası daşnaklardan olsun. Bu zaman Türkiyənin erməni bölgələrinin zəbt edilməsi ilə yanaşı, Ermənistan ərazisi şərqdə Dağlıq Qarabağın, şimalda isə Gürcüstanın Borçalı rayonunun birləşdirilməsi hesabına genişləndirilməlidir”.

Sonda Oleq Kuznetsov deyib: “Qareqin Njde və digər erməni millətçiləri 1940-cı ildən şüurlu şəkildə və məqsədyönlü olaraq nasistlərlə əməkdaşlıq ediblər. Onun “Tseqakron” təşkilatının adı erməni dilindən tərcümədə “İrqçilər” deməkdir, hitlerçilərlə əlbir fəaliyyət isə özünü təkcə hərbi və iqtisadi kəşfiyyat formalarında deyil, həm də Holokost qurbanlarının əmlakının satılması və leqallaşdırılmasında göstərirdi. Başqa sözlə desək, alman nasizminin qatı tərəfdarı Njdenin “tseqakron” ideologiyası açıq irqçilik, onun özü isə hərbi canidir”.(Azərtac)


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 540

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 15:20:16

CƏMİYYƏT
Yüz il bundan əvvəlin eyni məkanında...
Yüz il bundan əvvəlin eyni məkanında...

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri davam edir. Oktyabrı...

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

İQTİSADİ

2019-10-23 10:45:33

İQTİSADİ
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...

Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabın...

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...