SİYASƏT
A- A A+

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycan üçün çox önəmli təşkilatdır”

2018-10-05 08:50:02

Baş nazir Novruz Məmmədov bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev ilə görüşüb

Görüşdə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının gələcək fəaliyyət planları müzakirə edilib. Bağdat Amreevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi seçilməsi münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov ona fəaliyyətində uğurlar arzulayıb.

Novruz Məmmədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycan üçün çox önəmli təşkilat olduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu Şura türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir.

Azərbaycan-Qazaxıstan münasibətlərinə toxunan Baş nazir ölkələrimiz arasında çox yaxşı dostluq əlaqələrinin olduğunu deyib. Qeyd edib ki, dövlətlərimizin başçıları arasında olan səmimi dostluq münasibətləri əlaqələrimizin bu cür yüksək səviyyəyə qalxmasında mühüm rol oynayır.

Türkdilli dövlətlər arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə edən baş katib Bağdat Amreev Azərbaycanın qədim Naxçıvan diyarında 2009-cu ildə əsası qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu əlaqələrin inkişafına xüsusi impuls verdiyini vurğulayıb. Oktyabrın 3-də Şuranın yaradılmasının 9 illiyinin qeyd olunduğunu diqqətə çatdıran Bağdat Amreev ötən müddət ərzində üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm addımların atıldığını bildirib. “Azərbaycan Şuranın yaradıldığı ölkə olaraq təşkilatın fəaliyyətinin və türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır”, - deyə baş katib vurğulayıb.

Söhbət zamanı 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 421

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...