CƏMİYYƏT
A- A A+

Art MakHaffi: Nyu-Meksiko Azərbaycanın sadiq dostu və müttəfiqidir

2015-08-03 10:45:16

ABŞ-da çıxan “Albuquerque Journal” nəşrində Azərbaycanın Nyu-Meksiko ştatındakı fəxri konsulu Art MakHaffinin “Nyu-Meksiko Azərbaycanın sadiq dostu və müttəfiqidir” sərlövhəli məqaləsi dərc olunub (http://www.abqjournal.com/620354/opinion/nm-is-a-true-friend-and-ally-to-azerbaijan.html)

Məqalədə Azərbaycan ilə ABŞ arasında çoxillik müttəfiqlik əlaqələrindən, terrora və ekstremizmə qarşı müharibədə, kapitalın yuyulması əleyhinə mübarizədə Azərbaycanın Birləşmiş Ştatlara və NATO-ya dəstəyindən yazan müəllif vurğulayır ki, Azərbaycan İraq və Əfqanıstanda sülhməramlı missiyalarda iştirak edib, İsrailin və ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verib.

Sonra A.MakHaffi Azərbaycan ilə yaxşı münasibətləri möhkəmləndirdiyinə görə Nyu-Meksiko ştatının qanunvericilərinə təşəkkür edib. Konsul bildirib ki, müttəfiqlərimizin əhəmiyyətinin etiraf edilməsi Amerikanın təhlükəsizliyinin təmin olunmasının əsas komponentidir.

MakHaffi qeyd edib ki, Nyu-Meksiko ştatının qanunvericiləri “Washington Post” qəzetinin “ziyanvericiliyi ilə fərqlənən lobbi” adlandırdığı erməni lobbisinin müqavimətinə baxmayaraq, Amerikanın dostu və müttəfiqi olan Azərbaycanı dəstəkləməklə düzgün hərəkət ediblər.

Ştatın qanunverici orqanının Azərbaycanda dini qruplar arasında tolerantlığın olması, müsəlman, yəhudi və xristianların dinc yanaşı yaşaması barədə qətnaməsindən sitat gətirən A.MakHaffi yazır ki, Azərbaycan təhlükəli regionda yerləşir. Bunu Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və bu ərazilərdə etnik təmizləmə aparması təsdiq edir.

Müəllif sonda yazır ki, Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır. Azərbaycanın Vaşinqton ştatı ilə təyyarə alınması üzrə çoxmilyardlı iqtisadi əməkdaşlığı buna nümunədir. Qeyd edək ki, bu əməkdaşlıq sayəsində minlərlə amerikalı üçün iş yeri təmin olunub.

 

 

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 578

QHT və MEDİA

2018-07-20 09:00:47

QHT və MEDİA
Avropa Azərbaycanlılar Konqresinin prezi...
Avropa Azərbaycanlılar Konqresinin prezi...

Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik ...

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...