SOSİAL
A- A A+

Kaliforniya qubernatoru ermənipərəst qanun layihəsinə veto qoyub

2018-10-04 08:30:52

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun bu ştatın Dövlət Məclisinin "AB 1597" qanun layihəsinə veto qoyub

Sənəddə guya 1915-ci ildə türklər tərəfindən Osmanlı imperiyasının erməni əhalisinə qarşı “soyqırımı” törədilməsi haqqında ermənilərin ittihamları və iddiaları ilə razılaşmadığına görə Kaliforniya hökumətinin Türkiyə əleyhinə sanksiyalar tətbiq etməsi nəzərdə tutulurdu. Birləşmiş Ştatlar rəhbərliyinin rəsmi mövqeyinə görə, 1915-ci il hadisələri soyqırımı hesab edilmir və müvafiq olaraq, ABŞ-ın bütün ştatları federal hökumətin siyasətinə uyğun olaraq bu xarici siyasət xəttinə əməl etməlidirlər. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı və Avropa İnsan Hüquqları Məhkəməsi hesab edirlər ki, ermənilərin soyqırımı iddiaları sübut olunmuş fakt deyil.

“AB 1597” dövlətlərə qarşı tətbiq olunan tipik “boykot-divestisiya-sanksiyalar” tədbiridir. Ermənilər bu qanun layihəsindən istifadə edərək Kaliforniya dövlət qulluqçularının pensiya təminatı sistemini (CALPERS) və ştatın müəllimlərinin pensiya təminatı sistemini (STRS) Türkiyə Respublikasında yerləşən maliyyə vasitələrindən imtinaya məcbur etməyə çalışırdılar. “AB 1597” erməni lobbisinə Türkiyəni gəlirli sərmayə mənbəyi kimi qiymətləndirən Kaliforniya pensiya sərmayə orqanlarının fidutsiar (etibara əsaslanan) öhdəliklərini ələ keçirməyə imkan verəcəkdi.

Kaliforniya ştatı Assambleyası hələ 2017-ci ilin iyununda mənşəcə erməni olan Assambleya üzvü Adrin Nazaryanın təqdim etdiyi qanun layihəsini qəbul edib. Məlum olduğu kimi, Amerika Erməni Milli Komitəsi və Erməni Gənclər Federasiyası (“Daşnaksutyun” partiyasının gənclər qolu) Kaliforniya ştatını Türkiyə hökumətinin nəzarət etdiyi maliyyə vasitələrindən gələn dövlət vəsaitindən məhrum etmək üçün uzun illərdir bu qanun layihəsini gündəliyə daxil etməyə çalışırdılar.


Kateqoriya : SOSİAL Baxış sayı : 473

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...