CƏMİYYƏT
A- A A+

“Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar” müzakirə edilib

2018-10-03 07:45:10

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar" mövzusunda seminar keçirib

Seminarda institutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanda dövlət-din münasibətlərindən danışan Aİİ rektoru Ceyhun Məmmədov bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri ilə uğurla davam etdirildiyini bildirib. Aİİ-nin maarifləndirmə işinə xüsusi önəm verdiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini söyləyən rektor C.Məmmədov mövzunun din tariximiz, eləcə də dövlətçiliyimiz baxımından vacib olduğunu xüsusi vurğulayıb. Xristianlığın Azərbaycanda qədim tarixə malik olduğunu bildirən rektor Azərbaycanda tarixən müxtəlif dinlərin, etiqadların, mədəniyyətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib. Müasir Azərbaycanda dövlət-din münasibətlərinin bütün dünyada örnək kimi qəbul edilə biləcəyini söyləyən rektor müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamasını bunun əyani göstəricisi olduğunu vurğulayıb, həmçinin Alban kilsəsinin bərpa edilməsinin dövlət-din siyasətinin mühüm addımlarından biri olduğunu bildirib.

Sonra Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin "Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar" mövzusunda məruzəsi dinlənilib. R.Mobili Albaniyada xristianlığın meydana gəlməsi, Alban kilsəsinin təşəkkül tarixi, kilsənin son mərhələsi, onun ləğvi və ya məhv edilməsi məsələlərinə toxunaraq bəzi mübahisəli mövzulara aydınlıq gətirib. Qeyd olunub ki, minillik Albaniya dövləti Azərbaycanın dövlətçilik tarixində dərin iz buraxıb, onun yaratdığı irs sonrakı Azərbaycan dövlətlərinin həyatında davam etdirilib. 2018-ci il mart ayının 11-də Alban kilsəsinin ləğv edilməsinin 182 ilinin tamam olduğunu deyən R.Mobili bildirib ki, erməni və ermənipərəst tarixçilər mövzunu erməni-qriqoryan kilsəsinin konsepsiyasna uyğunlaşdırıb və tarixi reallığı təhrif edib.

Qeyd olunub ki, tarixi məlumatlar Alban kilsəsinin təkcə Qafqazda deyil, bütün Şərq xristian dünyasında ən qədim kilsələrdən biri olmaqla, apostol mənşəli olduğunu göstərir. 1836-cı ilə qədər iqamətgahı Gəncəsərdə yerləşən, müstəqil şəkildə mitropoliya statusunda mövcud olan Alban katalikosluğu həmin il martın 11-də Rusiya çarı I Nikolayın “Erməni-qriqoryan kilsəsi haqqında reskripti” ilə ləğv edilib, katalikosat xəttinə və vəzifə təyinatına son qoyulub. Bütün bunların bədniyyətli qonşularımızın 2 əsr ərzində bizə qarşı yürütdükləri tarixi saxtalaşdırma siyasətinin tərkib hissəsi olduğunu söyləyən məruzəçi qeyd edib ki, erməni kilsəsi, nəinki, Alban kilsəsinin məbədlərini, dəftərxanasını, həmçinin əsrlərlə orada saxlanılan bütün əlyazmaları, qədim Alban abidələrini, Qüds şəhərində yerləşən məbədi və kilsəyə məxsus olan iqamətgahı mənimsəyib. R.Mobili qeyd edib ki, bu gün Azərbaycan Respublikasında Alban kilsəsinin bərpası ona Qüdsdəki kilsənin geri qaytarılmasını tələb etməyə, bu irsin tamhüquqlu varisi iddiasını ortaya qoymağa imkan verir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 240

QHT və MEDİA

2019-02-21 09:30:11

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Bunu Trend-ə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-21 10:00:56

İQTİSADİ
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...

Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir. Trend-...

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...