MƏDƏNİ
A- A A+

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq mükafata layiq görülüb

2018-10-03 07:20:44

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda keçirilən XIV ali səviyyəli toplantısı çərçivəsində dünyanı narahat edən müxtəlif problemlər ətrafında müzakirələr aparılıb

“Avroatlantik münasibətlərin və Balkanların gələcəyi”, “Yaxın Şərq - sülhə necə nail olmaq olar?”, “Gender bərabərliyi: Qadınların siyasətdə rolu” kimi mövzular, habelə “Bir kəmər - bir yol” layihəsi ətrafında diskussiyalar keçirilib.

Makedoniya Prezidenti Georgi İvanov, Maltanın Baş naziri Cosef Muskat, Gürcüstan Prezidenti Georgi Marqelaşvili, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri Amir Musa və digər nüfuzlu siyasətçilər çıxış edərək müzakirə olunan mövzular haqqında fikirlərini bildiriblər.

Toplantıda dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı dialoqun, etimadın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qadınların siyasətdə iştirakının gender bərabərliyinin təmin olnması baxımından mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. Müzakirələrə qoşulanlar müxtəlif problemlərə dair öz rəy və təkliflərini bildiriblər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIV ali səviyyəli toplantısı çərçivəsində UNESCO-nun xoşməramlı səfiri, Mərkəzin İdarə Heyətinin üzvü xanım Marianna Vardonyanisin təşəbbüsü ilə “Qadınların hüquqlarının və imkanlarının genişləndiriməsi” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə Marianna Vardonyanis, Robert Kennedi İnsan Hüquqları Fondunun Prezidenti xanım Kerri Kennedi, Kiprin birinci xanımı Andri Anastasiadis çıxış edərək qadın hüquqları, gender məsələləri ilə bağlı fikirlərini diqqətə çatdırıblar.

Tədbirin sonunda Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinə dünyada sülhün, təhlükəsizliyin və dialoqun təşviqindəki uğurlu fəaliyyətinə görə Marianna Vardonyanis Mükafatı təqdim olunub.

Qeyd edək ki, toplantıda Azərbaycandan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasınını sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində dünyanın nüfuzlu siyasət və dövlət adamları ilə keçirilən görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar barədə məlumat verilib, ölkəmizin dünyada və regionda sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasına verdiyi töhfələr diqqətə çatdırılıb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 664

QHT və MEDİA

2020-02-22 09:50:08

QHT və MEDİA
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqə...

2020-02-21 08:55:02

QHT və MEDİA
Harvard Universitetinin saytında Ermənis...
Harvard Universitetinin saytında Ermənis...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...