SİYASƏT
A- A A+

Əli Həsənov: Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır

2018-10-03 00:25:06

Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfransda çıxışı zamanı deyib. Ə.Həsənov qeyd edib ki, Azərbaycan xalqının qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev XXl əsrin ən görkəmli siyasi liderlərindən biridir: "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. 1990-cı ilin əvvəllərində ulu öndərin ətrafında birləşmiş şəxslər müstəqil Azərbaycan Respublikasının formalaşması və inkişafına böyük töhfələr veriblər və onların adı Heydər Əliyevin adının yanında yazılıb".

Bu insanlardan birinin M.Ələsgərov olduğunu deyən Prezident köməkçisi bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə Yeni Azərbaycan Partiyası Siyasi Şurasında təmsil olunan 51 nəfərlə, Azərbaycan xalqı, ziyalılarla başlayıb:

"Mən Murtuz Ələsgərovu tanıyanda o, artıq Azərbaycan tarixinə öz adını yazdırmışdı. Ancaq Murtuz müəllim bununla kifayətlənmədi. Onun Azərbaycanın müstəqillik yolunun başlanğıcında göstərdiyi xidmətlər, xüsusilə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları hər kəsə məlumdur".


Kateqoriya : SİYASƏT Baxış sayı : 530

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...