QHT və MEDİA
A- A A+

QHT növbəti tədbirini Xaçmazda keçirib

2018-10-02 22:10:50

.

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsi çərçivəsində Xaçmaz rayonunda tədbir keçirib.

Fact-info.az-a verilən məlumata görə, tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəliyi, ziyalılar, QHT təmsilçiləri, media nümayəndələri, rayonun müəllim və tələbə heyəti, yeniyetmə və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri olan Mehriban Abdullayeva açaraq qonaqları salamlayıb, daha sonra layihə haqqında məlumat verərək bildirib ki, rəhbəri olduğu ictimai birliyin həyata keçirdiyi bu layihə işğal altında olan tarixi abidələrimizin tanıdılması, onlar haqqında gənc nəslə detallı informasiyanın verilməsindən, eləcə də ictimaiyyətə bir daha erməni vandalizminə məruz qalmış abidələrimizin tanıdılmasından ibarətdir.

Layihəni keçirməkdə əsas məqsəd tarixi yaddaşımızın və dağıdılmış tarixi-mədəniyyət abidələrimizin izlərinin silinməsinin, ya da onların erməni abidələri adı altında saxtalaşdırılmasının qarşısı almaqdır, həmçinin KİV vasitəsi ilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində tarixi-mədəni abidələrimizə vurulmuş ziyan barəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də onların vasitəsi ilə beynəlxalq ictimaiyyətə əsil həqiqətləri çatdırmaqdır.

Daha sonra layihənin ümumi məqsədinə uyğun olaraq yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparılmış, işğal altında olan torpaqlarımızda yerləşən abidələr barəsində yeniyetmə və gənclərə informasiyalar verilib.

Qeyd edək ki, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi“İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsini Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirir.

Toğrul

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 456

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...