CƏMİYYƏT
A- A A+

Növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

2018-10-02 10:10:10

.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq. Sərəncama əsasən, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar. Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 4-də Azərbaycan vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 519

QHT və MEDİA

2019-10-24 09:00:19

QHT və MEDİA
Ankarada “Azərbaycan müstəqilliyə gedən ...
Ankarada “Azərbaycan müstəqilliyə gedən ...

Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə Elmlər Akademiyası və Qazi Univers...

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

CƏMİYYƏT

2019-10-22 15:20:16

CƏMİYYƏT
Yüz il bundan əvvəlin eyni məkanında...
Yüz il bundan əvvəlin eyni məkanında...

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri davam edir. Oktyabrı...

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

İQTİSADİ

2019-10-23 10:45:33

İQTİSADİ
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...

Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabın...

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...