SOSİAL
A- A A+

Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin mediası tərəfindən geniş işıqlandırılıb

2018-10-02 08:50:28

.

Fact-info.az Azadinform-a istinadən xəbər verir ki, İtaliyanın “Il Messaggero”, “Askanews”, “9colonne”, “Agenzia Nova”, “Radioradicale”, “Notizie Yahoo”, “Comunicazione Inform”, “Agvivelino”, “Prealpina”, “Rete Sole” və “Rete7” kimi kütləvi informasiya vasitələri səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Senatın sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə keçirdiyi görüşlərə yer veriblər.

Yazılarda İtaliya Senatının Custiniani sarayında təşkil olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransda Birinci vitse-prezident Mehriban Əliyevanın və Senatın sədri Maria Elisabetta Alberti Kasellatinin çıxışlarındakı fikirlərə istinad olunub, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə etdiyi nailiyyətlər və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, Heydər Əliyev Fondunun iki ölkə arasında humanitar əlaqələrin inkişafındakı rolundan bəhs edilib.

Həmçinin İtaliya KİV-ləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Romanın Milli Müasir və Çağdaş İncəsənət Qalereyasında təşkil olunmuş rəsmi ziyafət barədə məlumat verib. Ziyafətdə Birinci vitse-prezident Mehriban Əliyevanın və İtaliya hökuməti adından çıxış etmiş iqtisadiyyat və maliyyə naziri Covanni Trianın fikirlərinə yer verilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə dair sərgi və sənədli filmin nümayiş olunması da qeyd edilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 332

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...