QHT və MEDİA
A- A A+

Paşinyan anladı ki, öz mövqeyində dəyişiklik etməsə danışıqlar baş tutmayacaq

2018-10-01 10:15:39

Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyev ilə Nikol Paşinyan arasında olan söhbətdən sonra münaqişənin həlli ilə bağlı danışıqlar Azərbaycan və Ermənistan arasında davam etdiriləcək.

Nəhayət Ermənistanın baş naziri hakimiyyətdə olduğu beş aydan sonra ənənəvi danışıqlar formatını dəyişmək və qondarma Dağlıq Qarabağ rejimini müstəqil tərəf kimi danışıqlar prosesinə qatmaq iddiasından geri çəkildi. Ermənistanın yeni rəhbərinin danışıqlara konstruktiv yanaşma tərzi isə əhəmiyyətli dönüş anıdır. Düşənbə söhbətindən sonra Paşinyanın mövqeyində kifayət qədər ciddi və müsbət dəyişikliyin olduğu açıq-aydın görünür.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Yalnız, onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirmişdir.

Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, Azərbaycan Prezidenti seçildiyi ilk gündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Ümummili lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır.

Düşənbə görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Nikol Paşinyanın irəli sürdüyü iddiaların beynəlxalq birlik tərəfindən qəbul edilmədiyi, Azərbaycanın mövqeyinin birmənalı şəkildə qəbul edildiyi anlamına gəlir. Nikol Paşinyan bu görüşü erməni xalqının xilası kimi qiymətləndirməli və münaqişənin sülh yolu ilə həll olunması üçün fürsət kimi dəyərləndirməlidir. Çünki Azərbaycan gec-tez işğal altında olan torpaqlarını geri qaytaracaq.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 692

QHT və MEDİA

2020-04-10 09:50:16

QHT və MEDİA
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilə...

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-10 10:00:52

İQTİSADİ
Nazirlər Kabineti illik hesabatın yeni f...
Nazirlər Kabineti illik hesabatın yeni f...

Nazirlər Kabineti hökumətin 2019-cu ildə fəaliyyətinə dair illik İcmal Hesaba...

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...