İQTİSADİ
A- A A+

Azərbaycan iqtisadi baxımdan regionda ən stabil dövlətdir

2018-10-01 08:10:40

Dünyada baş verən iqtisadi və siyasi proseslər bəzi ölkələrdə milli valyutaların dəyərini itirməsinə və qiymət artımına səbəb olub

Gürcüstan mətbuatının yazdığına görə, bu proses Cənubi Qafqaz və region ölkələrində də müşahidə olunub. Cari ilin avqust ayında Cənubi Qafqazda və digər region ölkələrində milli valyutanın ABŞ dolları ilə müqayisədə devalvasiyası baş verib. Azərbaycan istisna olmaqla bütün ölkələrdə milli valyuta öz dəyərini itirib.

AZƏRTAC xəbər verir ki, Gürcüstan mətbuatı iqtisadçı ekspert və analitiklərin fikirlərinə istinadla yazır ki, 2018-ci ilin avqust ayında Türkiyə lirəsi dollar qarşısında 39,4 faiz, Rusiya rublu 9,8 faiz, Gürcüstan larisi 3,5 faiz, Ermənistan dramı 0,8 faiz ucuzlaşıb.

Region ölkələri arasında yalnız Azərbaycan manatı öz mövqeyini qoruyub saxlayıb və 0,3 faiz möhkəmlənib.

Ekspertlərin fikrincə lirə və rublun dəyərini itirməsi əsasən ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədardır. Gürcü analitiklərinin hesablamalarına görə, avqust ayında Türkiyədə illik inflyasiya 17,9 faiz, Rusiyada 3,1 faiz, Ermənistanda 3,3 faiz olub. Bu sahədə də ən aşağı göstərici Azərbaycanda qeydə alınıb. İyul ayına olan vəziyyətə görə, 2017-ci ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə cəmi 1,6 faiz artım qeydə alınıb. Ekspertlərin fikrincə bu Azərbaycanda milli istehsalın artımı və iqtisadiyyatın inkişafı ilə əlaqədardır. Azərbaycan regionda ən stabil dövlət statusunu qoruyub saxlayır.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 910

QHT və MEDİA

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

2020-08-06 08:55:22

QHT və MEDİA
Şura qrant müsabiqələrinin nəticələrini ...
Şura qrant müsabiqələrinin nəticələrini ...

İclasda Şuranın 7 qrant müsabiqəsinin (4-ü dövlət qurumları ilə birgə) nətic...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...