SOSİAL
A- A A+

"Azərbaycan beynəlxalq hüquq normalarına sadiq qalır"

2018-10-01 07:40:36

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda qondarma rejimin iştirakını iddia etsə də, Azərbaycan Prezidenti İlham Əliyev və N.Paşinyanın MDB Dövlət Başçıları Şurası çərçivəsində Düşənbədə keçirilən görüşü onu göstərdi ki, bu, heç də belə deyil, danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır və aparılacaq

Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, N.Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin münaqişənin həll üzrə danışıqlarda tərəf kimi çıxış etməsini sadəcə öz istəyi kimi irəli sürürdü:

“Amma kimin nə düşündüyündən asılı olmayaraq, beynəlxalq hüququn və zamanın öz tələbləri var. Paşinyan beynəlxalq hüquq və normalara riayət etməsə, onun durumu daha da ağırlaşar. Güman edirəm ki, Ermənistan xalqının halına yanan, onu çətin durumdan qurtarmaq istəyən hər bir erməni rəhbəri Azərbaycan torpaqlarının işğalından imtina etməlidir. Paşinyan bir zaman kəsiyində Ermənistana rəhbərlik edən fərddir. O, hələ ki, rəhbər kimi öz iradəsini ortaya qoymaq əzmində deyil. Paşinyanın sələfləri Dağlıq Qarabağ kartı üzərində 25 il hakimiyyətdə qaldılar. Paşinyan üçün isə bu, mümkün olmayacaq”.

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində aparıldığını vurğulayan F.İbrahimli qeyd edib ki, ötən müddətdə heç bir irəliləyiş əldə olunmasa da, Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına sadiq qalaraq, səbrlə bu prosesin davamını gözləyir:

“Azərbaycan öz torpaqlarını azad etməyə hər an tam hazırdır. Ölkənin hərbi imkanları yetərincədir, ölkənin iqtisadi qüdrəti var və siyasi sabitlik hökm sürür. Bütün bunların hamısı Azərbaycanın istənilən vaxt müvafiq addım atıb istəyinə nail olmaq imkanını reallaşdıran amillərdir. Amma bununla yanaşı, beynəlxalq ictimaiyyət də var və Azərbaycanın ədalətli mövqeyi hamıya məlumdur. Azərbaycan istəmir ki, bu məsələdə başqa mövqedən çıxış etsin”. Millət vəkili bildirib ki, təmas xəttində və Ermənistanla sərhəddə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması barədə əldə edilmiş razılaşma Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Düşənbə görüşündə mühüm nəticələrindən biri oldu.


Kateqoriya : SOSİAL Baxış sayı : 337

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...