SOSİAL
A- A A+

Soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir

2018-09-29 08:50:47

1990-cı illərdə Türkiyə Respublikasına köçmüş və orada qeyri-qanuni şəkildə məskunlaşmış yüzlərlə azərbaycanlı var

Soydaşlarımızın Türkiyə ərazisində qeydiyyata alınması, hüquqi statuslarının müəyyənləşdirilməsi və sosial müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən müəyyən işlər görülməkdədir. Bu işlərin davamı kimi, qeyd edilən insanların Azərbaycan Respublikasına mənsubluğunun aydınlaşdırılması və şəxsiyyəti təsdiq edən sənədlərlə (şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu) təmin edilməsi məqsədilə müvafiq işçi qrupu yaradılıb və siyahıyaalma ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, sentyabrın 23-dən 26-dək problemlərin yerində araşdırılması və həlli ilə bağlı Dövlət Komitəsinin əməkdaşları Kənan Məmmədov və İsmayıl Ənsərli, ölkəmizin İstanbul şəhərindəki baş konsulluğu ilə birgə qeyri-qanuni məskunlaşmış soydaşlarımız ilə bir sıra görüşlər keçiriblər. İstanbul şəhərinin Qaziosmanpaşa rayonunun 500 evlər, Rami, Eyyubsultan, Bağlarbaşı, Yıldıztabya, Barbaros, Hayreddinpaşa, Hürriyyət, Fevzi Çakmak məhəllələri, Bayrampaşa rayonunun Yıldırım, Altıntepe, Orta məhəllə, Kartaltepe, Vatan məhəllələri, ətraf bölgələr həmçinin, Küçükçekmece rayonunun Halkalı Mərkəz məhəllələrində soydaşlarımızla görüşlər keçirilib və maarifləndirici söhbətlər aparılıb.

İstanbul şəhərindəki baş konsulluğun əməkdaşı Xəyyam Daşdəmirov görüşlər zamanı problemin aktuallığına və vətəndaşlarımızın mənafeyinin qorunması baxımından əhəmiyyətinə toxunaraq bildirib ki, aprelin 18-də Ankara şəhərində Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında keçirilən IX konsulluq məsləhətləşmələri zamanı da bu istiqamətdə müzakirələr aparılıb. Məsələnin mərhələli həlli və Azərbaycan tərəfinin təqdim edəcəyi məlumatlar əsasında həmin şəxslərə Türkiyə tərəfindən zəruri dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə edilib. Qeyri-qanuni yaşayan azərbaycanlıların üzləşdiyi bir çox problemlərə toxunan konsulluq əməkdaşı, həmin şəxslərin dəqiq siyahısının əldə olunmasının prosesin ilk və ən vacib mərhələsi olduğunu vurğulayıb. Sonra konsulluq xidmətləri ilə bağlı görüş iştirakçılarını maraqlandıran sullar cavablandırılıb.

Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov görülən işlərlə bağlı məlumat verərək qeyri-qanuni məskunlaşmış soydaşlarımızın əhatə dairəsinin müəyyənləşdirilməsi, şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunması və bunun üçün həmin şəxslərin anket məlumatlarının əldə edilməsi məqsədilə yaradılmış əlaqə vasitələrini təqdim edib. Daha sonra, işçi qrup tərəfindən hazırlanmış anketlər görüş iştirakçılarına paylanaraq, onların müvafiq anket məlumatları toplanılıb. Səfər çərçivəsində Zəhra Ana Yardımlaşma və Kültür Dərnəyinin nəzdindəki Azərbaycan məktəbində, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına Azərbaycan məktəbində şagird-müəllim kollektivi ilə görüşlər keçirilib. Tədris ilinin başlanması münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin adından məktəblilərə məktəb ləvazimatları hədiyyə edilib.(Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 571

QHT və MEDİA

2020-01-24 09:25:21

QHT və MEDİA
Fuad Ələsgərov: “İslahatlara şərait yara...
Fuad Ələsgərov: “İslahatlara şərait yara...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi olaraq qeyd...

2020-01-23 11:00:50

QHT və MEDİA
İtaliya qəzetində Azərbaycan səfirinin e...
İtaliya qəzetində Azərbaycan səfirinin e...

Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca D...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-20 14:20:48

CƏMİYYƏT
Cənub həsrətinə, milli tariximizə öz şei...
Cənub həsrətinə, milli tariximizə öz şei...

Şair-publisist Əvəz Müəllim (Hacıyev) Azərbaycan Pedaqoji Universitetinin riy...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...