2018-09-28 09:45:18 | SİYASƏT
"Paşinyan BMT tribunasını siyasi terror vasitəsinə çevirdi"

"Nikol Paşinyan BMT tribunasını siyasi terror vasitəsinə çevirdi və elə buna görə də BMT buna qiymət verməlidir. Əks təqdirdə, istənilən işğalcı, terrorçu özünü baş nazir kimi təqdim edib, istənilən vaxt bu tribunadan sərsəm bəyanatlar verə bilər"

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputatın sözlərinə görə, məsələ ondadır ki, BMT Baş Assambleyası tamamilə fərqli gündəliklə toplansa da, N.Paşinyan ucuz siyasi şoumen kimi etnik separatizmə və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışdı:

“Paşinyan unudur ki, Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün elə tribunasından danışdığı beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Onun dedikləri isə həm BMT nizamnaməsinin 2(4)-cü maddəsinə, həm də BMT TŞ-nin qəbul etdiyi qətnamələrə ziddir. Əgər bu gün Paşinyanın belə hərəkətlərinə BMT və onun mandat verib Qarabağ probleminin həlli ilə bağlı mükəlləf etdiyi ATƏT-in Minsk qrupunun kəskin reaksiyası olmayacaqsa, bu cür hadisəyə hüquqi qiymət veriilməyəcəksə, onda dünya ölkələri beynəlxalq hüquqa, BMT-yə, ATƏT-ə necə inanacaqlar?! Heç olmasa nə qədər gec deyil, BMT onsuz da özünün o qədər də müsbət olmayan imicini bundan sonra qorusun”.

H.Babaoğlu vurğulayıb ki, N.Paşinyan liderlik etdiyi küçə hərəkatını xalq demokratiyası kimi təqdim etməyə cəhd edərək özünü gülünc vəziyyətə salır: "Beynəlxalq ictimaiyyətin bu siyasi təlxəyin hədyanlarına dözməsinin səbəbi dünya siyasətindəki ikili standartlar və islamofob mərkəzlərin Ermənistana dəstəyi ilə bağlıdır. Ancaq kimin necə yanaşmasından və Qarabağ probleminin həllinə kimin necə baxmasından asılı olmayaraq, Azərbaycan bu problemi özünün ərazi bütövlüyü çərçivəsində mütləq həll edəcək və o günü yaxınlaşdırmaq üçün bütün mümkün vasitələri və resursları səfərbər edir. Təkcə son günlərdə ölkəmizdə həyata keçirilən xüsusi əhəmiyyətli hadisələrə nəzər salsaq, ordumuzun uğurlu hərbi təlimlərinə, möhtəşəm hərbi parada, kosmos ölkəsi olaraq əldə etdiyimiz ən son uğurlara diqqət etsək, görəcəyik ki, işğalçı ölkənin baş nazirini isterik bəyanatlar səsləndirməyə sövq edən səbəblərdən biri də elə Azərbaycanın bu uğurlarıdır”.

Baxış sayı : 893
Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08 QHT “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başlayıb 2020-09-21 09:05:02