MƏDƏNİ
A- A A+

“Azərxalça”nın Füzuli filialında 1000 kvadratmetrə yaxın xalça toxunub

2018-09-28 08:40:41

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən filialı 2016-cı ilin noyabr ayında istifadəyə verilib

Ötən dövrdə xalça istehsalı emalatxanası öz fəaliyyətini genişləndirib. Hazırda burada 80-dən çox toxucu çalışır. Onlar "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Toxucuların çoxu gənclərdir. Burada 35 nəfər 30 yaşa qədər olan gənc toxucu işləyir.

“Azərxalça”nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fəaliyyətə başladığı vaxtdan indiyədək xalça fabrikində 950 kvadratmetr 255 xalça toxunub. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərinin sakinləridir. Rayonun Horadiz şəhərindən, Zobucuq qəsəbəsindən, Bala Bəhmənli, Böyük Bəhmənli, Araz Yağlıvənd, Babı kəndlərindən olan toxucular daha çoxdur. Xalçaçılar müxtəlif ölçülü 43 dəzgahda çalışırlar. Toxucuların rahatlığının təmin olunması üçün fabrikdə lazımi şərait yaradılıb, filiala "Hyundai" markalı avtobus verilib.

Horadiz şəhərindəki xalça istehsalı emalatxanasında əsasən Qarabağ qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Hazırda hanalarda 34 xalça var. "Azərxalça" fəaliyyətə başladığı gündən klassik Azərbaycan xalçalarının yenidən istehsalında maraqlı olduğundan Füzuli filialının ilk məhsulları məhz belə xalçalar olub. Burada istehsal edilən ilk xalçalardan birinin xalçaçılıq tariximizdə mühüm yer tutan qədim "Əjdahalı" çeşnisi əsasında toxunması təsadüfi deyildi. Çünki Qarabağın klassik xalçaları içərisində bu nümunənin özünəməxsus yeri vardır. Azərbaycan xalçaçılıq tarixinin ən qədim örnəklərindən olan "Əjdahalı" xalçalar əsasən XVI-XVII əsrlərdə toxunub. Bu xalçanın qədim nümunələrinə dünyanın məşhur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür. 2017-ci ildə bu filialda Fransanın Paris şəhərində bir şəxsi kolleksiyada saxlanılan, XVIII əsrə aid "Əjdahalı" xalçanın çeşnisi əsasında yeni xalça istehsal edilib.

"Azərxalça"nın digər filialları kimi Horadizdəki emalatxanada da sağlamlığı xalça toxumağa imkan verən insanlar işlə təmin edilib. Onlara hər cür şərait yaradılıb. Füzulinin Böyük Bəhmənli kənd sakini, eşitmə qüsuru olan və danışa bilməyən 32 yaşlı Gülyaz Hüseynova xalça toxumağı "Azərxalça" tərəfindən təşkil olunan kursda iştirak edərək öyrənib. Artıq bir ildən çoxdur ki, Füzuli filialında çalışan gənc toxucu bu müddət ərzində 7 xalça toxuyub. O, buradakı işindən çox razıdır və onun kimi insanlara göstərilən qayğıya görə dövlətimizə minnətdardır. Toxucu yoldaşları deyir ki, "Azərxalça"nın Füzuli filialının yaradılması rayonda yaşayan bütün xalçaçıların ürəyincədir. Ancaq ən çox sevinən Gülyaz Hüseynovadır. Çünki bu xalça istehsalı emalatxanası onun həyatını kökündən dəyişdirib. Gülyaz indi bu kollektivdə çalışaraq gələcəyə daha böyük ümidlə və inamla baxır. Füzuli filialında peşəkar toxucuların rəhbərliyi altında keyfiyyətli xalçalar toxunur. Toxucular işə həvəslə, maraqla yanaşırlar. Emalatxanada əmək rəqabəti var. Hər kəs daha tez və daha yaxşı xalça toxumaq üçün çalışır, öz işinə yaradıcı yanaşır. Bu da, öz növbəsində, əmək məhsuldarlığını təmin edir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 711

QHT və MEDİA

2020-04-10 09:50:16

QHT və MEDİA
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilə...

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-10 10:00:52

İQTİSADİ
Nazirlər Kabineti illik hesabatın yeni f...
Nazirlər Kabineti illik hesabatın yeni f...

Nazirlər Kabineti hökumətin 2019-cu ildə fəaliyyətinə dair illik İcmal Hesaba...

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...