İQTİSADİ
A- A A+

Cənub Qaz Koridorunun həyata keçirilməsində ABŞ hökumətinin rolu bölgəyə olan bağlılığın göstəricisidir

2018-09-28 08:30:19

Nyu-Yorkda 100-dən artıq şirkətin və yüksək vəzifəli məmurların iştirak etdiyi Xəzər biznes-forumunda ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələri üzrə bürosunun nümayəndəsi, dövlət katibinin köməkçisinin müavini Corc Kent qeyd edib ki, son onillikdə ABŞ-ın əsas səylərindən biri də enerji dəhlizləri qurmaq olub

Bura həm boru kəmərləri, həm də Cənub Qaz dəhlizi daxildir. Hazırkı administrasiyanın ABŞ-ın milli təhlükəsizlik strategiyası çərçivəsində Avropanın zənginləşməsi və sabit olması ABŞ-ın təhlükəsizliyi deməkdir.

Forumda təmsil olunan ölkələrin nümayəndələrinə üz tutan Kent qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə töhfə verən ölkələr birgə işin böyük nailiyyətlərə gətirib çıxarmasının bariz nümunəsini sübut etdilər: “Həm biznes icması, həm də hökumət dairələrinin infrastruktur inkişafına xüsusi maraq var və biz bunu Orta Asiyada və Qafqazda təşviq etmək niyyətindəyik”.

O qeyd edib ki ABŞ-ın Qafqaz bölgəsində qarşılaşdığı çətinliklərdən biri də həll edilməmiş ərazi münaqişələridir və region ölkələrinin tam potensialını doğrultmaq üçün bu münaqişələrin çözülməsində və davamlı sülhün bərqərar olmasında ABŞ kömək etməyə hazırdır. Kent əlavə edib ki, Cənub Qaz Koridorunun həyata keçirilməsində ABŞ hökumətinin rolu rəsmi Vaşinqtonun bölgəyə olan bağlılığını nümayiş etdirir. ABŞ administrasiyası rəsmisi deyib ki, Xəzər hövzəsi ölkələri qarşılıqlı inkişafın təməllərini qurmağa davam edə bilərlər.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 803

QHT və MEDİA

2020-08-10 10:35:21

QHT və MEDİA
Xarici media ermənilərin Qafqaza köçürü...
Xarici media ermənilərin Qafqaza köçürü...

Özbəkistanin fikr.uz portalında tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın r...

2020-08-10 08:35:29

QHT və MEDİA
İsraildə Azərbaycan Silahlı Qüvvələrinə ...
İsraildə Azərbaycan Silahlı Qüvvələrinə ...

İsrailin Tel-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...