SİYASƏT
A- A A+

Putinin Azərbaycana səfəri iki ölkə arasında işgüzar əlaqələrin daha da inkişaf etdirilməsinə təsir göstərəcək

2018-09-27 22:30:55

Azərbaycan-Rusiya münasibətləri bütün səviyyələrdə əməkdaşlığı inkişaf etdirmək üçün güclü potensiala malikdir

Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin həyatında xüsusi yer tutaraq, özünün vacibliyini və səmərəliliyini sübut edəcək, dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirəcəkdi¬¬¬r. Bu Forum ilk növbədə bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərin bariz göstəricisidir.

Bu fikirləri Fact-info.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.

H. Şikarovun qənaətincə, “Rusiya prezidentinin ölkəmizə səfəri bu forum çərçivəsində bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq. Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Azərbaycan-Rusiya tərəfdaşlığı ilbəil genişlənir, iki ölkənin regionlararası əməkdaşlığı və əhatə dairəsi sürətlə inkişaf edir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu bir daha təsdiqləmişdir”.

H. Şikarov bildirib: “Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə təsir edir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinin təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün çox böyük potensialı var. Tamamilə aydındır ki, bu forum çərçivəsində ünsiyyətin forması bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının möhkəmlənməsinə şərait yaradacaq”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 764

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...