Əlimərdan bəy Topçubaşının Paris arxivi
2018-09-27 18:25:25Azərbaycan Cümhuriyyətinin (1918-1920) qurucularından və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan azman dövlət və siyasət xadimi Əlimərdan bəy Topçubaşının (1863-1934) Parisdə saxlanan arxivinin 4-cildlik nəşrinin sonuncu - 4-cü cildi də bu günlərdə Moskvada işıq üzü görüb

Azərbaycanın yaxın dostu, Parisdə yaşayan görkəmli tarixçi alim, professor Giorgi Mamulia və Azərbaycan siyasi mühacirətinin irsinin vətənə qaytarılmasında və özəlliklə Moskvada nəşr edilməsində müstəsna xidmətləri olmuş görkəmli diplomat Ramiz Abutalıbovun tərtib etdikləri, Heydər Əliyev Fondu Rusiya nümayəndəliyinin dəstəyi ilə Moskvanın ən nüfuzlu nəşriyyatlarından olan "Xudojestvennaya literatura"da çap edilmiş bu olduqca dəyərli əsər Azərbaycan Cümhuriyyətinin şanlı 100 illiyinə dəyərli hədiyyə olmaqla yanaşı, həm də Azərbaycan siyasi mühacirətinin tarixini öyrənənlər və araşdıranlar üçün də ən qiymətli töhfədir.
Xatırladırıq ki, Əlimərdan bəy Topçubaşının çox zəngin arxivi Parisdə Sosial Elmlər Ali Məktəbinin Doğu Avropa, Rusiya və Qafqaz Araşdırmaları Mərkəzində qorunur. 4-cü cilddə həmin arxivdəki Topçubaşının həyatının son illərinə və mühacirətdəki silahdaşlarının 1935-1940-cı illərdəki fəaliyyətinə aid sənədlər toplanıb. Siyasi mühacirətimizin tarixinə gur işıq saçan bu olduqca dəyərli nəşri "525-ci qəzet" olaraq daim diqqətlə izləmiş və onun əvvəlki cildləri haqqında da oxucularımıza məlumat vermişik. Topçubaşı arxivinin önəmli qisminin çapa hazırlanması və nəşri kimi çox ağır bir işin öhdəsindən uğurla gəlmiş Giorgi Mamulia və Ramiz Abutalıbovu bu münasibətlə təbrik edir, onlara bu sahədə görməkdə olduqları və görəcəkləri millətə faydalı işlərində uğurlar diləyirik!(525.az)
QHT və MEDİA

2019-02-18 08:40:09
Ermənilər azərbaycanlılar və çeçenlər ar...
Ermənilər azərbaycanlılar və çeçenlər ar...
Trend-in məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini ...

2019-02-16 11:30:34
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...
CƏMİYYƏT

2019-02-18 18:10:30
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

2019-02-15 09:05:13
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...
Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...
İQTİSADİ

2019-02-18 16:05:32
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...

2019-02-16 08:55:20
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...
Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...