QHT və MEDİA
A- A A+

“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Latviya səfirliyində davam edib

2018-09-27 09:15:25

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞ DÜNƏN VƏ BUGÜN” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsində nəzərdə tutulmuş növbəti görüş 27.09.2018-ci il tarixdə Latviyanın Azərbaycandakı səfirliyində keçirilib. Latviyanın Azərbaycandaki səlahiyyətli səfiri Yuris Maklakovislə, layihənin rəhbəri Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova və tarixçi Fərhad Əliyevin iştirakı ilə “Qarabağ dünən və bu gün” layihəsi müzkirələr aparılıb.

Tahirə Məmmədova həyata keçirilən layihə haqqında məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemlər və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəliklərini məlumatlandırmaq və Dağlıq Qarabağ həqiqətləri haqqında informasiyaları beynəlxalq ictimaiyyətinə çatdırmaqdır.

Sonra Tahirə Məmmədova səfirə Dağlıq Qarabağda Ermənilərin törətdikləri vəşiliklər haqqında ətraflı məlmat verdi və səfirə layihə çərçivəsində çap olunmuş “Qarabağ dünən və bu gün” kitabını təqdim etdi.

Səfir Yuris Maklakovis Qarabağ mövzusunda maraqlı faktlarla və fikirləri qeyd edərək, Latviya dövlətinin və xalqının Qarabağ münaqişəsi haqqında məlumatları olduğunu və Latviya dövlətinin Azərbaycanın ərazi bütöylüyünü tanıdığını səmimi şəkildə ifadə etdi.

Layihənin rəhbəri, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova Latviya səfirliyində yüksək səviyyədə qarşılanaraq təkil olunan görüşə və “Qarabağ dünən və bu gün” layihəsini dəstəklədikləri üçün, Latviyanın Azərbaycandaki səlahiyyətli səfiri Yuris Maklakovisə və səfirliyin əməkdaşlarına öz minnətdarliğinı bildirdi.

Toğrul

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 452

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...