QHT və MEDİA
A- A A+

Şura “Layihə təkliflərinin hazırlanması” mövzusunda təlim keçirib

2018-09-27 08:30:32

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Bakı QHT-lərin Resurs və Təlim Mərkəzində “Layihə təkliflərinin hazırlanması” mövzusunda təlim keçirib

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2018-ci il fəaliyyət proqramında QHT-lərə müxtəlif mövzularda təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. F. Qurbanov deyib ki, QHT-lərin təlim ehtiyaclarının öyrənilməsi üçün keçirilən sorğuların nəticəsinə əsasən layihə təkliflərinin hazırlanması mövzusunda bugünkü təlim təşkil edilib.

İcraçı direktor Şuranın Əsanaməsinə uyğun olaraq həyata keçirdiyi fəaliyyətin əsas istiqamətləri, göstərdiyi xidmətlər barədə də danışıb. F. Qurbanov Şuranın QHT-lərə davamlı olaraq göstərdiyi konsultativ dəstəyin onların bilik və bacarıqlarının artırılması, dövlət dəstəyinin imkanlarından effektiv şəkildə yararlanmaqlarına yardım edilməsi məqsədi daşıdığını vurğulayıb.

Təlimçi, Bakı Dövlət Universitetinin müəllimi Tural Əhməd layihənin məqsəd və vəzifələrinin müəyyən edilməsi metodikası, icra planının düzgün tərtibi, büdcənin idarə olunması və digər layihə komponentlərini iştirakçılara nəzəri və praktiki cəhətdən izah edib. Qeyd edək ki, Şura müraciətləri nəzərə alaraq adıçəkilən mövzuda növbəti təlimin keçirilməsiylə bağlı yeni elan verib.

Təlimdə iştirak etmək istəyən QHT rəhbərləri 05 oktyabr 2018-ci il tarixədək nrahimli@cssn.gov.az ünvanına elektron qaydada müraciət edə bilərlər.

Ərizədə iştirakçının adı və soyadı, təmsil olunduğu təşkilat, təşkilatda tutduğu vəzifə və əlaqə vasitələri göstərilməlidir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 652

QHT və MEDİA

2020-01-27 08:40:28

QHT və MEDİA
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının...
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının...

Nyu-Yorkdakı “Millenium-Hilton” otelində İslam Konfransı Təşkilatının (İKT, i...

2020-01-26 00:15:42

QHT və MEDİA
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...

“Qarabağa gedirəm, Qarabağda bizı gözləyən torpağlarımızı azad etmək üçün ge...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-20 14:20:48

CƏMİYYƏT
Cənub həsrətinə, milli tariximizə öz şei...
Cənub həsrətinə, milli tariximizə öz şei...

Şair-publisist Əvəz Müəllim (Hacıyev) Azərbaycan Pedaqoji Universitetinin riy...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...