İQTİSADİ
A- A A+

“Azərspace 2” peykinin orbitə çıxarılması Azərbaycanın kosmik məkanda öz mövqeyinin möhkəmləndirməsi baxımından böyük hadisədir

2018-09-26 21:10:19

.

Azərbaycanda İKT sektorunun inkişaf yolundan danışarkən ilk öncə qeyd etmək lazımdır ki, ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş birinci dövlətdir. Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan Respublikasında İKT sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır.

Azərbaycan beynəlxalq aləmdə neft ölkəsi kimi tanınsa da, ölkəmizdə son 15 il ərzində möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət və qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları, həyata keçirilən islahatlar, dövlət dəstəyi və qayğısı qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyaları sektorunun ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməyi təmin etmişdir. Ölkədə İKT sahəsində uğurla həyata keçirilən dövlət siyasəti və xüsusən də bu sahəyə Prezident İlham Əliyevin diqqət göstərməsi dünyanın aparıcı İKT şirkətlərinin Azərbaycana böyük marağına səbəb olur.

"Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında", "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamlar isə öz növbəsində Azərbaycanın kosmik məkana inteqrasiyasını bərqərar etmişdir.

“Azərspace 2” peykinin orbitə çıxarılması ölkəmizin kosmik məkanda öz mövqeyini möhəmləndirməsi baxımından böyük töhfədir. İndiyə kimi orbitə çıxarılan hər 3 peyk vasitəsilə Azərbaycan bütün dünyada telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb. Peyklərin orbitə çıxarılması qeyri-neft sektorunun inkişafına, infrastruktur layihələrinin icrasına stimul verəcək və bu sahə ilə əlaqədar kadrların hazırlanmasına ciddi təsir göstərəkdir.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri


Kateqoriya : İQTİSADİ Baxış sayı : 739

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-25 09:35:02

İQTİSADİ
Qeyri-neft sektorunun inkişafına dəstək ...
Qeyri-neft sektorunun inkişafına dəstək ...

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasi...

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...