MƏDƏNİ
A- A A+

“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir

2018-09-25 10:10:43

Kolumbiyanın “Diario la Economía” xəbər portalında jurnalist Xerman Enrike Nunyesin “Qafqazın incisi Azərbaycan turizmə və investisiyalara dəvət edir” sərlövhəli məqaləsi dərc olunub.

Müəllif Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bu məqaləsində Azərbaycanın tarixi, coğrafiyası və iqtisadi potensialı barədə ətraflı məlumat verir. O yazır ki, Qərbi Asiya ilə Şərqi Avropanın qovuşuğunda yerləşən bu gənc müstəqil ölkə 1991-ci ildən sonra əhəmiyyətli dərəcədə inkişaf edib. Azərbaycan həm öz millətini, həm də brendini təmsil edir. Bunu məsələn, “Atlético de Madrid” komandasının formasında və Formula 1 yarışlarında da görmək olardı.

Nunyesin sözlərinə görə, mübaliğəsiz demək olar ki, Azərbaycan tərəqqi paradiqmasıdır. Demokratiya və asayişin mövcud olduğu bu ölkə insan inkişafının yüksək səviyyəsi, iqtisadi tərəqqi və savadlılığın artması, işsizliyin və cinayətkarlığın aşağı səviyyəsi müşahidə olunan uğurlu bir məkandır. Məqalə müəllifi Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalovun sözlərinə istinadla qeyd edir ki, Azərbaycanın iki qitə arasında yerləşməsi bu ölkənin strateji əhəmiyyətini daha da artırır. Bu, tarixən Azərbaycanda çoxsaylı mədəniyyətlərin üstünlüyünə və tolerantlığa şərait yaradıb. Məqalədə daha sonra qeyd edilir ki, dünyada iqtisadi böhranın gücləndiyi son onillikdə Azərbaycan artım dinamikasının davam etdiyi azsaylı ölkələrdən biri olub.

Hazırda ölkə rəhbərliyi turizm sektorunun inkişafını davam etdirməyə çalışır. Azərbaycanın Boqotadakı diplomatik missiyasının rəhbəri ilə söhbət zamanı Azərbaycanın iqtisadi investisiya potensialını müzakirə edən müəllif yazır ki, Azərbaycanda qeyri-neft sektoru, xüsusən kənd təsərrüfatı sektoru fəal inkişaf edir. Məqalədə Azərbaycanın balıq ovu potensialı və balıq kürüsü istehsalı mövzusuna da yer ayrılıb.

Nunyes neft-qaz sahəsi mövzusuna toxunaraq qeyd edir ki, hazırda Azərbaycanda hər gün 800 min barrel neft, “Şahdəniz” yatağından 300 milyon kubmetrə yaxın qaz çıxarılır, məşhur transmilli korporasiyalar, yeni avtomagistrallar, dəmiryol şəbəkələri fəaliyyət göstərir, qədim İpək yolu dirçəldilir. Məqalədə daha sonra Kolumbiya ilə Azərbaycan arasında geniş iqtisadi əlaqələrin potensialından bəhs edilir. Bakı ilə Boqota arasında birbaşa aviareyslər açılması ticarəti fəallaşdırmağa və dostluq münasibətlərini daha da möhkəmləndirməyə kömək edə bilər. Müəllif qeyd edir ki, gələn il Kolumbiya Prezidenti İvan Dukenin Azərbaycana səfər etməsi gözlənilir. Həmin səfər müddətində iki ölkə arasında əməkdaşlıq və ticarət haqqında mühüm sazişlər imzalana bilər.

Azərbaycanın Kolumbiyadakı səfirliyinin mühüm təşəbbüslərindən biri də iki ölkənin sahibkarlarını, ticarət missiyalarını bir-birinə yaxınlaşdırmaq məqsədilə ikitərəfli ticarət palatası yaradılması təklifinin dəstəklənməsidir. Məqalədə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi, qısa müddət mövcud olmuş Cümhuriyyətin 100 illiyinin bu il təntənəli şəkildə qeyd olunması haqda məlumat verilir, qeyd olunur ki, Azərbaycan hələ o vaxt qadınlara hüquq bərabərliyi verib.

Nunyes Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov ilə müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini də müzakirə edib. Məqalədə göstərilir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edib, bundan sonra bir milyona yaxın azərbaycanlı oradan qovularaq öz ölkəsində qaçqın vəziyyətinə düşüb.(Azərtac)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 180

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...