QHT və MEDİA
A- A A+

Milli Məclis Ermənistan parlamenti ilə əməkdaşlığı nəzərdə tutan memorandumu imzalamaqdan imtina etdi

2018-09-25 09:35:20

“Azərbaycan Tbilisidə keçirilən “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin parlamentlərinin aparat rəhbərlərinin işçi görüşünün memorandumunu imzalamaqdan imtina edib”.

Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu görüşdə iştirak edən Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, memorandumu nəzərdən keçirəndən sonra sənədin imzalanması üçün Azərbaycan tərəfi xüsusi qeydin əlavə olunmasını təklif edib:

“Azərbaycanın dövlət rəhbərliyinin və xarici siyasətinin əsas istiqaməti ondan ibarətdir ki, Ermənistanın olduğu yerdə biz həmişə öz qeydimizi edirik. Biz Ermənistandan başqa bütün ölkələrlə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirdik. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayana qədər Ermənistanla hər hansı bir əməkdaşlıq mümkün deyil. Bu qeydin texniki məsələ olduğu və sənədə daxil olunmasına ehtiyacın olmadığı bildirildi. Buna görə də Azərbaycan tərəfi memoranduma imza atmayacaq”.

S.Mirzəyev deyib ki, Tbilisidə işçi görüşün keçirilməsini Gürcüstan parlamentinin Aparat rəhbərliyi təklif edib: “Biz məmnuniyyətlə bu görüşə qatıldıq. İşçi görüşdə parlamentlərin aparatları arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olundu”.

Qeyd edək ki, bu gün Tbilisidə “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova parlamentlərinin Aparat rəhbərlərinin işçi görüşü keçirilib. Sabah görüşün yekunu olaraq parlament aparatları arasında əməkdaşlığın aktivləşdirilməsini nəzərdə tutun Tbilisi memorandumu imzalanacaq.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 204

QHT və MEDİA

2019-02-18 08:40:09

QHT və MEDİA
Ermənilər azərbaycanlılar və çeçenlər ar...
Ermənilər azərbaycanlılar və çeçenlər ar...

Trend-in məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini ...

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

CƏMİYYƏT

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

İQTİSADİ

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...